Trachypithecus poliocephalus — Əntərmeymunlar fəsiləsinə aid meymun növü. Ümumi məlumat Trachypithecus poliocephalus Vyetnamın Cat Ba adasına endemik olan və təhlükə altında olan primat növüdür. Bu növ dünyanın ən nadir primatlarından biridir və Asiyada ən nadir primat ola bilər, çünki populyasiya sayı 70-dən az fərd olaraq qiymətləndirilir.
Trachypithecus poliocephalus 1995-ci ilə qədər François langurunun (T. francoisi) yarımnövü hesab edilirdi. Çində yaşayan ağbaş langur (T. leucocephalus) isə 2007-ci ilə qədər T. poliocephalus-un yarımnövü hesab edilirdi.
T. poliocephalus və T. leucocephalus ümumilikdə qara rəngdədir, lakin T. poliocephalusun baş, yanaq və boyun hissələri sarımtıl rəngdədir, T. leucocephalus isə elmi adından da göründüyü kimi ağ rənglidir. Trachypithecus poliocephalus Qoruma Layihəsinə görə, Cat Ba langurunun dərisi qara, xəz rəngi isə tünd qəhvəyidir. Baş və çiyin hissələri parlaq qızılıdan sarımtıl-ağ rəngdədir. Quyruq bədən ölçüsünə nisbətən çox uzundur (təxminən 85 sm). Körpələr qızılı-narıncı rəngdə olur. Xəz rəngi təxminən dördüncü aydan dəyişməyə başlayır. Erkək və dişilər eyni görünüşə malikdir. 2012-ci ildə köçürülən iki yetkin dişi hər biri 9 kiloqramdan çox çəkiyə malik idi.Stenke, R., Phan Duy Thuc and Nadler, T. 2007. Golden-headed Langur or Cat Ba Langur. In: Primates in Peril: The World's 25 Most Endangered Primates 2006–2008, R. A. Mittermeier et al. (compilers), pp.14-15. Unpublished report, IUCN/SSC Primate Specialist Group (PSG), International Primatological Society (IPS), and Conservation International (CI), Arlington, VA.
Cat Ba adası, Cat Ba arxipelaqının ən böyük adasıdır və ətrafında 366 kiçik ada və qayalıq var. Trachypithecus francoisi növ qrupunun bütün üzvləri kimi, bu sosial və gündüz fəaliyyət göstərən meymun əhəngdaşı meşələrində yaşayır. Təhlükə altında olan bu meymun xüsusilə Cat Ba adasında, Ha Long körfəzi yaxınlığında yaşayır. Bu mənzərə okean tərəfindən işğal edilmiş karst forması kimi tanınır. Topoqrafiya eroziya nəticəsində aşınmış əhəngdaşıdır və silsilələr, qüllələr, yarıqlar, çökəkliklər və digər relyef formaları yaradır. Trachypithecus poliocephaluslar gündüz fəaliyyət göstərən heyvanlardır və əhəngdaşı mühitinə uyğunlaşıblar. Trachypithecus poliocephalusların yatdığı mağaralar, kənarlar və çıxıntılar, yırtıcılardan və ekstremal hava şəraitindən qorunmaq üçün istifadə edilir. Əlçatan mağaralar insanlar tərəfindən Trachypithecus poliocephalusları ovlamaq və ya öldürmək üçün istifadə edilirdi.
Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi onun qorunma statusunu "kritik təhlükə altında" olaraq qiymətləndirib. Trachypithecus poliocephalus "Dünyanın 25 Ən Təhlükəli Primatı" siyahısına daxil edilmişdir və son üç nəsil ərzində populyasiyanın 80% azaldığı təxmin edilir.
İstinadlar
Xarici keçidlər
The Cat Ba Langur. Cat Ba Langur Conservation Project. Accessed 2008-07-15. http://ippl.org/2001-langur.php Retrieved June 30, 2008 http://www.catbalangur.org/Langur.htm Accessed 2011-07-23. https://floydssecrets.blogspot.com/2007/10/golden-headed-langurvietnam.html https://web.archive.org/web/20110728055728/http://www.stiftung-artenschutz.org/eng/set.html?projects%2Fgold.html http://www.ape-rescue.co.uk/golden-headed-langur.html
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya məməliləri Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər