Əbu Yalə Əhməd ibn Əli ibn əl-Müsənna ət-Təmimi əl-Mövsili (; ) — hədis hafizi.

Bioqrafiyası Hicri 210-cu (826) ildə Mosulda doğulub. Atası Əli ibn əl-Müsənna mühəddis, dayısı Məhəmməd ibn Əhməd ibn Əbül-Müsənna hədis hafizi olub. Bu səbəblə çox kiçik yaşlarından hədis öyrənməyə başlamış və bir çox alimlə görmüşdür.

Bağdad, daha sonra Bəsrə, Əbadan, Əhvaz kimi şəhərlərə elmi səfərlər edib. Əbu Züra ər-Razi ilə dost olub, Əhməd ibn Hənbəllə birlikdə Əli ibn Cəddən hədis rəvayət edib.

Yəhya ibn Main, Əli ibn Mədini, Osman ibn Əbu Şeybə, Xəlifə ibn Xəyyat, Əbu Heysəmə Züheyr ibn Hərb kimi mühəddislərə tələbəlik edib. Ona da Nəsai, İbn Hibban, Əbül-Fəth əl-Əzdi, Təbərani, Əbu Bəkr Əhməd əl-İsmayıli, İbn Ədi, İbn əs-Sünni və Əbüş-Şeyh kimi mühəddislər tələbəlik ediblər.

O, fiqhdə Əbu Hənifənin görüşlərini mənimsəmiş, hənəfi fiqli ilə bir xeyli maraqlanmışdır.

Əbu Yalə hicri 307-ci (919) ildə Mosulda vəfat etmiş və orada dəfn edilmişdir. Deyilənə görə, həmin gün şəhər əhalisi dükanlarını bağlamış və onun cənazəsində iştirak etmişlər.

Zəhəbinin bildirdiyinə görə, Darəqutni ilə Hakim onu "etibarlı" hesab ediblər.

Əsərləri

Əl-Müsnəd. Əsər Xorasanda böyük rəğbət görmüşdür. Əsəri İbnül-Muqri əl-İsfahani rəvayət etmişdir. Əl-Mucəm. Bu əsəri Hüseyn Səlim Əsəd tərəfindən nəşr olunmuşdur (Beyrut: 1989). Əl-Məfərid. Əsəri "əl-Məfərid ən Rəsulillahi səlləllahu əleyhi və səlləm" də adlandırırlar. Əsər özündə 114 (bəzi mənbələrə görə 120) hədisi ehtiva edir (Dəhiyə: 1985).

İstinadlar

Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Sünni hədis topluları Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər Kateqoriya:Hənəfilər Kateqoriya:X əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:İraq şəxsləri