Azərbaycan 2026 Avroviziya Mahnı Müsabiqəsində — Avstriyanın Vyana şəhərində keçiriləcək müsabiqə proqramında Azərbaycanın iştirakı.
Daxili seçim turu 15 dekabr 2025-ci ildə İTV elan etmişdir ki, Azərbaycanı 2026-cı ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək sənətçi və mahnı Azərbaycanda, daxili qaydalarla seçiləcəkdir. İTV elanında müsabiqə ilə maraqlanan müğənnilər və mahnı müəlliflərindən tələb etmişdir ki, ərizələrini və işlərini 18 yanvar 2026-cı il tarixinə qədər yayımçı kanala təqdim etsinlər. Mahnı müəllifləri istənilən millətdən ola bilər. Son tarix bitənə qədər 186 təqdimat qəbul edilmiş, bunlardan 107-si yerli mahnı müəlliflərindən olmuşdur. Dinləmə turunda iştirak etmək üçün 18 ifaçı seçilmiş və münsiflər heyətinin və fokus qrupunun qərarına əsasən üçü final mərhələsinə keçmişdir.
6 mart 2026-cı ildə elan edilmişdir ki, Azərbaycanı Avroviziya 2026-da JIVA (Cəmilə Həşimova) təmsil edəcək. 9 mart 2026-cı ildə Azərbaycan təmsilçisi JIVA-nın Avroviziya 2026-da oxuyacağı mahnı ("Just Go") təqdim edilmişdir. Mahnının bəstəkarı Fuad Cavadovdur. Azərbaycan daxilində təmsilçi və mahnı tənqidlərə məruz qalmış, İTV bununla bağlı açıqlama vermişdir. İTV təmsilçinin müəyyənləşdirilməsi prosesinin çoxmərhələli və peşəkar seçim əsasında keçdiyini, mahnının süni intelekt məhsulu olmadığını bildirmişdir.
İstinadlar
*2026 Kateqoriya:Ölkələr 2026 Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:2026-cı ildə Azərbaycan mədəniyyəti