Elgin Şirin oğlu Həbibullayev — Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı (2022-ci il).

Həyatı Elgin Şirin oğlu Həbibullayev 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Harvard Biznes Məktəbinin idarəetmə kurslarını bitirmişdir. Elgin Həbibullayev haqqında

2000-2011-ci illərdə İcra Hakimiyyəti strukturlarında Ümumi şöbənin müdiri, Mənzillərin uçotu və bölüşdürülməsi şöbəsinin müdiri, Layihə smeta bürosunun rəisi və İcra Hakimiyyəti başçısının köməkçisi vəzifələrində çalışmışdır.

2012–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır.

2018–2022-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışmışdır.

Vətən müharibəsində qazanılan böyük Zəfərə həsr olunmuş “Fenomen” kitabının ideya müəllifidir.Nərimanovda “Fenomen” kitabının təqdimatı keçirilib

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

Mükafatları 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər Nərimanov rayon İcra Hakimiyyəti başçısı Elgin Həbibullayev tərəfindən keçirilən vətəndaş qəbulları (FOTO)

Kateqoriya:Nərimanov Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilənlər