Zaur Nurbaba oğlu Cavadov - Azərbaycan əsilli Latviya kikboksçusu, peşəkarlar arasında dünya və Avropa çempionu, Baltikyanı ölkələrin ən güclü kikboksçusu

Həyatı Zaur Cavadov 4 yaşına qədər ailəsinin Azərbaycandan köçdüyü Vanqaji şəhərində yaşayıb, 4 yaşı tamam olduqdan sonra isə ailəsi Riqaya köçüb.

Riqada valideynləri Zauru Kyokushin Karate məşqinə cəlb edilblər. O, məşqçi İrina Abramova ilə məşq edib, bir neçə yerli turnirdə qalib gəlib və uşaqlar arasında ikiqat Latviya çempionu olub.

O, 12 yaşında olarkən Kyokushin Karate bölməsinin bağlanması səbəbi ilə Tatyana Alekseevanın rəhbərliyi altında Aşihara Karate ilə məşğul olmağa başlayıb və bu növdə beşqat Latviya çempionu olub.

18 yaşındaykən Zaur Cavadovu Belarusiyanın "Çinuk" klubunun dan olan məşhur məşqçisi Andrey Zelenevski rəhbərliyi altında Zabit Səmədov, Vitali Ohrimenko kimi əfsanəvi idmançılarla birlikdə K-1 həftəlik təlimlərə dəvət ediblər. O vaxtdan Zaur Cavadov K-1 döyüş növünə maraq göstərib, məşqçi Saulüs Şeykisin rəhbərliyi altında məşq edib, və həvəskarlar arasında dəfələrlə K-1 üzrə Latviya və Baltikyani dövlətlər çempionu olub.

Əmək fəaliyyəti 2005-ci ildə o, peşəkar kikboskinqlə məşğul olmağa başlayıb.

2007-ci ildə Riqadakı "Salamander" klubunda Zaur Cavadov Estoniyadan olan rəqibi Edvin-Erik Kibusun başına dizi ilə zərbə endirərək, onu nokdauna salıb. Buna cavab olaraq rəqibi də ola boksda qadağan edilmiş 3 zərbə ilə cavab verib və nəticədə Edvin-Erik Kibus diskvalifikasiya edilərək, kənarlaşdırıldıqda, nəticədə Zaur Cavadov qalib elan edilib.

2009-cu ildən Latviya döyüşçüsü kikboksinq üzrə fərdi dərs deməyə, 2016-cı ildən isə dostu və həmkarı Vyaçeslav Tevinş ilə qrup şəklində peşəkar dərs deməyə qərar verib.

2009-cu ilin dekabrında, demək olar ki, bütün döyüş növlərində kifayət qədər təcrübə toplamış Zaur Cavadov, 79 kq-a qədər idmançılar arasında Dünya Kikboksinq Assosiasiyasının müəyyən etdiyi K-1 növündə Avropa çempionu adı uğrunda mübarizədə iştirak etmək üçün Almaniyaya (Hamburqa) dəvət edilib, orada rəqibi 34 yaşlı alman vətəndaşı Rene Klasen ilə görüşüb və ilk raunda da həmin rəqibini nokdauna göndərərək, çempion olub.

24 yaşı olanda Zaur Cavadov öz gənc yetirmələri ilə birlikdə  tay boksunun vətəni olan Tailandın (Phuket) "Sinbi Muay Thai" düşərgəsinə idman toplanışlarına qatılıb. Orada o özündən 20 kq ağır ola 90 kq çəkili Amerikalı Corcla yarışıb. Bu idmançının həyatında ən ağır və qanlı yarışma olub; idmançılar hər biri üç dəqiqə çəkən 5 tur keçiriblər. Z.Cavadov bütün raundlarda cəsarətlə yarışaraq rəqibini xal üstünlüyü ilə məğlub edib.Zaur Dzhavadov Fight in Phuket — YouTube

O, 2014-cü ildə Rusiyada çıxış edərək Muay Tay idman növü üzrə dünya çempionu Hacımurad Əmircanova məğlub olub.

Lakin, 2016-cı ildə Cavadov idmana yeni qüvvə və yeni qələbələrlə qayıdıb və 27 fevral 2016-cı ildə 30 yaşlı braziliyalı rəqibi Rodrigo Ferreiranı üçüncü turun bitməsinə bir dəqiqə yarım qalmış nokauta salaraq, ağır çəkidə yeni Avropa çempionu olub. Onun üçün bu, yarım orta çəki dərəcəsində qitənin ən güclü kikboksçusu kimi ikinci kəmər sahibi olmaq demək idi.Zaurs Džavadovs (LATVIJA) — Rodrigu Ferreiru (BRAZĪLIJA) «King of Kings» (KOK) 27.02.2016. Rīga — YouTube

Zaur Cavadov iki dəfə Tallində (Estoniya) kikboksinq üzrə çempion olub.

9 aprel 2016-cı ildə Zaur Tommy King (Böyük Britaniya) üzərində qələbə qazanıb - onu ilk turda nokauta salıb.

Bundan bir ay sonra isə o, uzun müddət estoniyalı samuray kimi tanınan Edvin-Erik Kibusu ilə yenidən görüşüb və yenidən onu məğlub edib (xal üstünlüyü ilə qələbə çalıb).

2017-ci ildə nokautla bitən silsilə qalibiyyətlər sayəsində Zaur "Latviya Ninja" ləqəbini qazanıb.

2018-ci ildə məşqçi Saulüs Şeykis ilə danışdıqdan sonra onunla birgə dərsləri dayandırıblar. O vaxtdan Zaur Cavadov bir zamanlar idmançı olan gənc məşqçi İqor Tkachenko ilə birgə çalışır.

Titulları

2016 KOK Avropa Çempionu 2013 WAKO K-1 Latviya Çempionu 2012 WKA K-1 Baltikyanı dövlətlər çempionu 2012 WAK-1F Avropa K-1 Açıq Kub Çempionu 2012 WFCA K-1 Latviya Çempionu 2012 WAK-1F K-1 Latviya Çempionu 2012 WAKO K-1 Latviya Çempionu 2012 WAKO Kikbosinq üzrə (Low Kick) Riqa Çempionu 2011 WKF K-1 Polşa Çempionu 2011 WAKO K-1 Litva Çempionu 2011 IFMA Muay Thai üzrə Riqa Çempionu 2009 WKA K-1 Avropa Çempionu 2009 One Songchai Latvian Muay Thai Çempionu 2009 WKA K-1 Baltikyanı dövlətlərin vitse-çempionu 2007 IFMA Muay Thai üzrə Latviya Çempionu No1 in WFCA-Baltikanın Mütləq Reytinqi

İstinadlar