Qum Seminariyasının Alim və Tədqiqatçıları Məclisi və ya Qum Tədqiqatçıları və Müəllimləri Assosiasiyası () — İranın Qum şəhərində siyasi partiya və İslam (şiə) din xadimlərinin ictimai təşkilatı.Opposition Holds Firm in Iran . Robert Dreyfuss on 6 July 2009, Retrieved 10 July 2009
Təsis edilməsi Qum Tədqiqatçıları və Müəllimləri Məclisi 2001-ci ildə İslahatçılar hərəkatına və İranın ozamankı prezidenti Məhəmməd Hatəmiyə dəstək qrupu kimi yaradılıb. Onun əksər üzvləri 2009-cu ildə vəfat edənə qədər Məclisin əsas himayədarı olan Ayətullah Montazerinin tələbələri olub. Ayətullah Müsəvi Təbrizi əvvəllər həmin Məclisin baş katibi və İran Partiyalar Palatasının nümayəndəsi kimi fəaliyyət göstərib. Sonra isə 2004-cü ildə Məclisin ilk lideri Ayətullah Abayi Xorasani vəfat edəndən sonra Müsavi Təbrizi Məclisin başına keçdi. Bu hadisə, Mərceji-tədliq Ayətullah Sanei və Ayətullah Ərdəbili ilə əlaqələndirilmişdir.
Beynəlxalq baxış 12 iyun 2009-cu il İran prezident seçkilərini tənqid etdikdən sonra bu Məclis İrandan kənarda daha çox tanınmağa başladı. Məclis öz bəyanatında İranda seçkilər zamanı səslərinin hesablanması sistemini və İran Keşikçilər Şurasını tənqid edərək bildirib ki, "Şuranın artıq bu işdə müdaxilə etmək haqqı yoxdur, çünki onun bəzi üzvləri geniş ictimaiyyət nümayəndələrinin gözündə qərəzsiz insan adlarını batırıblar".Pro-reform clerical body protests Iran elections 5 July 2009, Retrieved 10 July 2009 Eyni zamanda, Məclis yeni seçkilərin keçirilməsini tələb edən və Mahmud Əhmədinejad əleyhidarlarının dövlət sifarişi ilə həbs olunub öldürüldüklərini pisləyən birgə bəyanat yayıb.
2024-cü ilin noyabrında Məclis İsrail Dövlətinin mövcudluğunu tamamilə rədd edən sərt rəsmi İran mövqeyinə zidd olaraq, onun mövcudluğunun üstüörtülü şəkildə qəbul edilməsini nəzərdə tutan Fələstin torpağında iki dövlətin yaradılması yanaşmasını dəstəklədiyi ortaya çıxdı və bu mübahisələrə səbəb oldu.
İstinadlar