Beynəlxalq Kino Mətbuatı Federasiyası (qısaltma FIPRESCI (, ) — kino tənqidçilərini və kinoşünasları birləşdirən beynəlxalq təşkilatdır.
Təşkilat 6 iyun 1930-cu ildə Brüsseldə fransalı və belçikalı kino tənqidçilərinin təşəbbüsü ilə yaradılmışdır. Onlar bundan əvvəl, 1925-ci ildə, peşəkar kino mətbuatı ittifaqını qurmuşdular. Baş təşkilatın dünya üzrə 48 milli bölməsi var, əlavə olaraq 32 ölkədə fərdi üzvlərlə vasitəsilə təmsil olunur. Təşkilatın məqsədi dünya kino sənətinin inkişafına dəstək vermək və kino haqqında yazan peşəkarların maraqlarını qorumaqdır. FIPRESCI-nin prezidenti Misirdən Əhməd Şuki, vitse-prezidentləri İtaliyadan Paola Kasella və Ukraynadan Yelena Rubaşevska, baş katibi 2024-cü ilə qədər Almaniyadan Klaus Eder, baş katibin müavini isə Türkiyədən Alin Taşkiyan olmuşdur. FIPRESCI-nin rəsmi dilləri ingilis və fransız dilləridir, baş qərargahı Münhendə yerləşir.
FIPRESCI üzvlərindən ibarət münsiflər heyətləri bir çox beynəlxalq kino festivallarında fəaliyyət göstərir və filmləri xüsusi mükafatlarla təltif edir. FIPRESCI-nin kino tənqidçilərinin baxışına görə "ən yaxşı film" mükafatı ilk dəfə 1946-cı ildə ilk Kann Beynəlxalq Film Festivalında təqdim edilmişdir. FIPRESCI mükafatları kino dünyasında böyük nüfuza malikdir.
İstinadlar
Xarici keçidlər Официальный сайт ФИПРЕССИ
Kateqoriya:Jurnalistika təşkilatları Kateqoriya:Film təşkilatları Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Beynəlxalq mədəni təşkilatlar Kateqoriya:Almaniyanın qeyri-kommersiya təşkilatları