– gənclər, xüsusilə də, gənc qadınlar arasında populyar olan yapon fendom submədəniyyəti. Oşikatsu bir şəxsin favorit idolu və ya personajı dəstəkləmək üçün xeyli vaxt və pul xərcləməsi ilə xarakterizə olunur. COVID-19 pandemiyası dövründə populyarlıq qazanmış və Qərbdəki Sten mədəniyyəti ilə müqayisə olunmuşdur. Submədəniyyət asılılıq və israfçılıq yaratması səbəbilə tənqid olunmuşdur. Şirkətlər və iqtisadçılar isə bunu Yaponiya iqtisadiyyatını canlandıracaq potensial gəlir mənbəyi hesab etmişlər.
İzah thumb|"Hololive Production" VTuber agentliyinin üzvləri üçün buraxılmış güllər.|230x230px "Oşikatsu" termini sevimli şəxsi bildirən və fəaliyyəti bildirən sözlərinin birləşməsindən yaranmışdır. Bir şəxsin oşisi hər şey ola bilər, lakin adətən J-Pop və K-Pop idolları, anime və videooyun personajları, aktyorlar, YouTuberlər (xüsusilə, VTuberlər) və hətta pornoulduzlar oşi olur. Oşikatsu fəaliyyətləri oşini dəstəkləmək, eləcə də, ona olan sevgilərini ifadə etməyin yolu hesab olunur və adətən maddi olur. Oşikatsu Qərbdəki Sten mədəniyyəti fenomeni ilə müqayisə olunur.
Oşikatsuda iştirak edən şəxslərin məqsədi oşinin sevgisini qazanmaq deyil, oşinin arzusuna çatmasına və ya məşhur şəxs olmasına dəstək olmaqdır. İştirakçılar inanırlar ki, sevdikləri şəxsi dəstəkləmək onları məmnun edir və bu cür fəaliyyətlər onların stresini azaldır. Oşikatsu, həmçinin, bir şəxsin fendomdakı kimliyini müəyyən edir; sosial şəbəkələrdəki təqdimat postları post sahibinin oşi siyahısı ilə başlayır. Oşikatsunun digər əsas aspektlərindən biri oşin haqqında digərlərinə məlumat vermək və onun populyarlığını artırmaqdır.
Tarixi Oşikatsunun mənşəyi 1980-ci illərə qədər uzanır. Həmin dövr Yaponiyada idol mədəniyyətinin populyarlaşmağa başladığı dövrdür. "Oşi" termininin idol qrupunun fanatlarının işlətdiyi slənqdən yarandığı güman olunur. Belə ki, bu termin "2channel" platformasında "Morning Musume" fanatları arasında yayılmışdır. Digər bir idol qrupu – "AKB48" qrupunun fanatları qrupun növbəti sinqlında hansı idolun mərkəzdə görünəcəyini seçmək üçün səs verə bilmiş və bu, tövsiyə mənasına gələn kimi tanınmışdır. 2010-cu ildə "AKB48" tərəfindən buraxılmış "Team B Oshi" bu termini daha da populyarlaşdırmışdır.
Eyni zamanda anime fendomunda bəzi otaku kiçilər animelərdən və vizual romanlardan uydurma personajlarla görüşməyə, hətta "evlənməyə" başlamışdır. Ahikito Kondo adlı bir kişi virtual idol Hatsune Miku ilə evləndiyini bəyan etmişdir.
"Oşikatsu" termini ilk dəfə 2016-cı ildə ortaya çıxmış və 2018-ci ildə "Tvitter"də yayılmağa başlamışdır. Altmədniyyət COVID-19 pandemiyası dövründə sürətlə populyarlaşmağa başlamış, eksapizmin bir forması hesab olunmuşdur. 2020-ci ildə nəşr olunmuş "Oşi, Moyu" romanı submədəniyyətin yayılmasında vacib rol oynamışdır. 2021-ci ildə termin Yaponiyada ilin sözünə namizəd göstərilmişdir. 2022-ci ildə 15–45 yaş aralığında olan 17 min şəxs arasında keçirilmiş bir sorğuda iştirakçıların 57,4%-i oşilərinin olduğunu bildirmişdir.
Son illərdəki sorğulara əsasən oşikatsu submədəniyyəti sadəcə gənclərlə məhdudlaşmır. "Harumeku" tərəfindən 50 yaşından yuxarı qadınlar arasında keçirilmiş sorğuda iştirakçıların 46%-i oşilərinin olduğunu və ona maddi dəstək göstərdiyini bildirmişdir. Yaponiya siyasətçilərini dəstəkləmək də oşikatsu ilə müqayisə olunmuşdur.
Mədəniyyət thumb|184x184px|"Ouran High School Host Club" personajlarının bedclərinin olduğu ita-çanta.|left Oşikatsu fəaliyyətlərinə konsertlərdə və əməkdaşlıq kafelərində iştirak, sosial mediada oşi haqqında paylaşımlar etmək və oşinin rəsmi hesablarını izləmək, fanartlar çəkmək və uydurma fan əsərlər yazmaq daxildir. Submədəniyyətin iştirakçıları oşi ilə bağlı müxtəlif məhsullar (poster, CD və s.) üçün böyük məbləğdə pullar xərcləyirlər. İdolları konsertlərdə dəstəkləmək üçün istifadə olunan qələm işıqlar və bayraqlar bu submədəniyyətdə olduqca populyardır. Bəzi fanatlar oşi ilə əlaqəsi olan yerlərə – "müqəddəs məkanlar"ı ziyarət edirlər və ya oşi ilə əlaqəli rəngdə paltarlar geyinirlər.
İta-çantalar oşikatsu mədəniyyətində vacib yer tutur. Bu çantaların hazırlanması baha-başa gəlir və istifadəçisinin oşisi ilə əlaqəli olan məhsullarla əhatə olunur. İta-çanlarda pin-düymələri, oyuncaqları, açarlıqları və digər məhsulları göstərən şəffaf pəncərə olur.
Tənqid Oşikatsu mədəniyyəti iştirakçılarda asılılıq yaratması səbəbilə tənqid olunmuşdur. Konsept kafelər və host-klubların fanatların sədaqətindən yararlanmaq üçün oşikatsunu təşviq etdikləri iddia olunur.
İstinadlar
Kateqoriya:Yaponiya idolları Kateqoriya:Yaponiya gənclik mədəniyyəti Kateqoriya:Otaku Kateqoriya:Yaponiya submədəniyyətləri Kateqoriya:Fendom