Toyota bZ7 - Toyota şirkətinin Çin Xalq Respublikasında GAC Toyota birgə müəssisəsi vasitəsilə istehsal etdiyi tam elektrikli,iri ölçülü sedan avtomobilidir.bZ (Beyond Zero) seriyasına daxil olan bu modelin istehsalına 2025-ci ildə başlanması planlaşdırılır.
Ümumi Baxış
Toyota bZ7,sıfır emissiyalı nəqliyyat vasitələrindən ibarət Toyota bZ7 ("Beyond Zero") seriyasının ikinci sedanı və ümumilikdə beşinci modeli hesab olunur.Bu model bZ5 krossover SUV-dan sonra təqdim edilmişdir.Rəsmi təqdimatdan əvvəl bZ7-nin ilkin versiyası bZ Satisfied Space adlı tam elektrikli konsept sedan şəklində Auto Guangzhou 2023 sərgisində nümayiş etdirilmişdi.Avtomobil GAC Toyota tərəfindən hazırlanmışdır və onun dizaynı bZ Sport Crossover Concept modelindən ilhamlanmışdır.
Avtomobil modeli ilk dəfə 2024-cü ildə Pekində keçirilmiş "Auto China" sərgisində nümayiş etdirilmişdir.Noyabr 2024-cü ildə model bZ7 adı ilə 2024 Guangzhou Avtosalonunda təqdim edilmişdir.İstehsal versiyası isə 2025-ci ildə Auto Shanghai sərgisində debüt etmişdir.bZ7,şirkət tarixində Huawei-nin HarmonyOS əməliyyat sistemini inteqrasiya edən ilk nəqliyyat vasitəsi kimi diqqət çəkir.
İstinadlar