Müqəddəs Bavon kafedralı () — Gent şəhərində yerləşən Roma-Katolik kilsəsi. 89 metr hündürlüyündə olan bu Qotika üslublu dini bina, Gent Yeparxiyasının təsis yeridir və Gentli Müqəddəs Bavonun şərəfinə adlandırılmışdır. Tarixi Kafedral əvvəllər Müqəddəs İohann Baptist Şapelinin yerləşdiyi ərazidə yerləşir. Bu şapel əsasən taxtadan tikilmişdi və 942-ci ildə Tournai və Noyon yepiskopu Transmarus tərəfindən təqdis edilmişdi. Kafedralın kriptində sonrakı Romanesk strukturdan qalıqlar qalıb. Qotika üslublu kilsənin tikintisi təxminən 1274-cü ildə başladı.

XIV–XVI əsrlər ərzində kilsə üzərində demək olar ki, fasiləsiz genişləndirmə layihələri həyata keçirildi. Yeni xor, şüa şapelləri, transeptlərin genişləndirilməsi, kapital zalı, nef yan qanadları və tək qülləli qərb hissəsi əlavə edildi.

1539-cu ildə kilsədə vəftiz edilmiş V Karla qarşı üsyan nəticəsində köhnə Müqəddəs Bavon Abbatlığı ləğv edildi. Onun abbatı və rahibləri, daha sonra Müqəddəs Bavon Kilsəsi adlanan kilsəyə bağlı bir kapitalda keşiş oldular. 1559-cu ildə Gent Yeparxiyası qurulduqda, kilsə onun kafedralı oldu. Tikinti işləri 7 iyun 1569-cu ildə tamamlandı.

Daxili interyeri Kafedral Gent Qurbangah rəsmi ilə məşhurdur. Bu əsər əvvəlcə Just Vijd Şapelində yerləşirdi. Rəsmi olaraq Hubert və Jan van Eyk tərəfindən hazırlanmış aşağı mərkəzi rəsmə görə Mistik Quzunun Səcdəsi adlanır. Bu əsər Van Eykin şah əsəri və Şimali Renessansın ən mühüm əsərlərindən biri, həmçinin Belçikanın ən böyük incəsənət şedevrlərindən biri hesab olunur. Rəsm əsərinin ən alt sol paneli olan Ədalətli Hakimlər 1934-cü ildə oğurlanmış və hələ də tapılmamışdır. Bu panel Jef Van der Veken tərəfindən hazırlanmış sürəti ilə əvəz edilmişdir.De Inventaris van het Bouwkundig Erfgoed, Sint-Baafskathedraal (ID: 25743) at Inventaris onroerend erfgoed

Kafedralda digər məşhur rəssamların əsərləri də var. Peter Paul Rubens tərəfindən çəkilmiş "Müqəddəs Bavon Gent Monastırına daxil olur" rəsmi burada saxlanılır. Lukas de Heere tərəfindən çəkilən əsərlər də var, onlardan biri "Gentin Mənzərəsidir". Frans Pourbus (Böyük) tərəfindən "Müqəddəs Andreyin Tarixi" (1572) və "Viglius Aytta Triptixi" (1571) kimi 14 panel çəkilmişdir. Kaspar de Krayer tərəfindən "Gentli Müqəddəs Makarius", "Müqəddəs İohann Baptistin Başının Kəsilməsi" və "Müqəddəs Barbaranın Şəhadəti" kimi rəsmlər var. Kilsədə Anton van den Heuvel tərəfindən çəkilmiş "İsa və Zina Edən Qadın" və "İsanın Dirilməsi" kimi əsərlər də saxlanılır. Lukas van Uden və Jan van Klif tərəfindən çəkilmkiş əsərlər də kilsə kolleksiyasına daxildir.Victor van der Haeghen, Reysschoot, Pierre-Norbert Van in: Biographie nationale de Belgique, Volume 19, p. 235-238 İstinadlar

Xarici keçidlər

Собор Святого Бавона Гент. Собор Святого Баво Кафедральный собор святого Бавона (Sint-Baafskathedraal)

Kateqoriya:1569-cu ildə yarananlar Kateqoriya:Katolik kafedralları Kateqoriya:X əsrə aid kilsələr Kateqoriya:Pipinidlərin dəfn yerləri