Qəzza soyqırımı — Qəzza müharibəsi zamanı İsrail tərəfindən Qəzza zolağında Fələstinlilərin davam edən, qəsdən və sistematik şəkildə qətl edilməsidir. Soyqırım aktlarına kütləvi qətllər, aclıq, ağır bədən və ruhi xəsarət yetirmə, doğuşun qarşısının alınması daxildir. Digər hərəkətlərə blokada, mülki infrastrukturun məhv edilməsi, səhiyyə müəssisələrinin dağıdılması, tibb işçilərinin və yardım axtaranların öldürülməsi, kütləvi məcburi köçkünlərə səbəb olmaq, cinsi zorakılıq törətmək, təhsil, dini və mədəniyyət obyektlərinin dağıdılması daxildir. Soyqırımı Birləşmiş Millətlər Təşkilatının xüsusi komitəsi və təhqiqat komissiyası, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyası, çoxsaylı insan hüquqları qrupları, çoxsaylı soyqırım tədqiqatları və beynəlxalq hüquq alimləri və digər ekspertlər tərəfindən tanınmışdır.
İstinadlar
Kateqoriya:Soyqırımlar Kateqoriya:Qəzzədə müharibə (2023–hal-hazırda) Kateqoriya:2023-cü ildə İsrail Kateqoriya:2024-cü ildə İsrail Kateqoriya:Qəzzə müharibəsində İsrailin müharibə cinayətləri Kateqoriya:XXI əsr Kateqoriya:Fələstin Dövləti Kateqoriya:İdeologiyalarına görə terminologiya Kateqoriya:Linqvistik mübahisələr