Lola Cin Olbrayt (; ) — ABŞ aktrisası və müğənnisi. O, xüsusilə "Peter Gunn" televiziya serialındakı Edie Hart rolu ilə tanınır.
Həyatı Lola Olbrayt 20 iyul 1924-cü ildə Ohayo ştatının Akron şəhərində anadan olmuşdur. Valideynləri Con Pol Olbrayt və Marion Harvey müğənni idilər. Gənc yaşlarından musiqiyə maraq göstərən Olbrayt 15 yaşında ikən WAKR radio stansiyasında müğənni kimi fəaliyyətə başlamışdır. Daha sonra model olaraq kimi çalışmış və 1940-cı illərin ortalarında Hollivuda köçmüşdür.
Olbrayt 1947-ci ildə "The Unfinished Dance" filmi ilə kino karyerasına başlamışdır. 1949-cu ildə "Champion" filmində Kirk Duqlas ilə birlikdə rol alaraq diqqət çəkmişdir. 1950-ci illərdə "The Silver Whip" (1953) və "The Tender Trap" (1955) kimi filmlərdə də rol almışdır. Televiziyada isə "Peter Gunn" serialında Edie Hart rolunu canlandırmışdır. Bu obrazla o, 1959-cu ildə Dram Seriyasında Ən Yaxşı Yardımçı Aktrisa nominasiyasında Emmi mükafatına namizəd olmuşdur.Aaker, Everett (2006). Encyclopedia of Early Television Crime Fighters. McFarland & Company, Inc. , pp. 6–8.
Lola Olbrayt "Peter Gunn" serialında ifa etdiyi mahnılarla musiqi sahəsində də tanınmışdır. 1957-ci ildə "Lola Wants You" adlı albomunu, 1959-cu ildə isə Henry Mancini orkestri ilə birlikdə "Dreamsville" albomunu çıxarmışdır.
Lola Olbrayt üç dəfə evlənmişdir. İlk evliliyi 1944-cü ildə radio aparıcısı Varren K. Dim ilə olmuş, lakin 1949-cu ildə boşanmışdır. 1952-ci ildə aktyor Cek Karson ilə evlənmiş və 1958-ci ildə ayrılmışdır. Son evliliyi isə 1961-ci ildə musiqiçi Bill Çadney ilə olmuş və 1975-ci ildə boşanmışdır. 2014-cü ildə Lola Olbrayt onurğa zədəsi almış və sağlamlığı pisləşmişdir. 23 mart 2017-ci ildə Kaliforniyanın Toluka Leyk şəhərində 92 yaşında vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Profile with 1924 year of birth, familysearch.org; accessed November 25, 2014. Lola Albright, Aveleyman.com; accessed September 2, 2017.
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ-nin qadın müğənniləri Kateqoriya:XX əsr müğənniləri