thumb|right|275px|Tayvan tyantay məktəbinə məxsus məbəd.
Tyantay () — Çin, Yaponiya, Koreya və Vyetnamda çoxsaylı tərəfdarları olan nüfuzlu buddist məktəbi. Bu məktəbin Yaponiyadakı qolu tenday, Koreyadakı qolu isə çeontae adlanır. Tyantay bəzən "Lotos məktəbi" (法華宗) kimi də tanınır, çünki onun doktrinal əsası Lotos sutrasına əsaslanır.
Tyantay məktəbi Çində buddizmin ən hərtərəfli və sistemləşdirilmiş məktəblərindən biri hesab olunur. Tan sülaləsi dövründə bu təriqət Çin buddizminin aparıcı istiqamətlərindən birinə çevrilmiş, imperatorların və varlı himayəçilərin dəstəyi ilə yüzlərlə məbəd, minlərlə rahib və milyonlarla ardıcıl qazanmışdır.Chappell, David W. (1987). 'Is Tendai Buddhism Relevant to the Modern World?' in Japanese Journal of Religious Studies 1987 14/2-3. Source: ; accessed: Saturday August 16.
Tarixi Tyantay məktəbi adını müqəddəs Tyantay dağından almışdır. Bu dağda rahib Czi Yi (538–597) meditasiya etmiş və öz müəllimi Xuy Si (515–576) tərəfindən əsasları qoyulmuş təlimləri sistemləşdirmişdir. Czi Yinin fəaliyyəti nəticəsində Çinə müxtəlif dövrlərdə və nizamsız şəkildə daxil olmuş buddist mətnlər, təlimlər və meditasiya üsulları müəyyən bir sistem və pillələnmə ardıcıllığına salınmış, bu ardıcıllıq Buddanın tədris etdiyi mərhələlərə əsaslanaraq təşkil edilmişdir.Kembridžova ilustrovana istorija religije (pp. 94-97), Stylos, Novi Sad.
İstinadlar
Kateqoriya:VI əsrdə yarananlar Kateqoriya:Çində buddizm