Metanefros (həmçinin də ikinci dərəcəli böyrək, çanaq böyrəyi adlandırılır; — və — sözlərinin birləşməsindən əmələ gəlib) — amniyotlara məxsus cüt ifrazat orqanı. Amniotlara sürünənlər, quşlar və məməlilər, o cümlədən insan daxildir.

Embrional inkişaf prosesində metanefros mezonefrosu əvəz edir. Amniotların böyrəkləri digər orqanlardan fərqli olaraq unikal xüsusiyyətə malikdir: embrionun inkişafı zamanı bir-birindən müstəqil şəkildə ardıcıl olaraq üç fərqli tip böyrək formalaşır.

Metanefrosun sidik kanalcıqları seqmentləşməmiş arxa hissə — nefrostomdan əmələ gəlir. Bu kanalcıqlar Malpigi cisimcikləri ilə başlayır, onların xarici ucları isə Volf kanalının çıxıntısına — sidik axarlarına açılır. Yetkin orqanizmdə metanefros qalıcı böyrək şəklində qalır.

İstinadlar

Ədəbiyyat siyahısı

Метанефрос — статья из Биологического энциклопедического словаря. Метанефрос — статья из Большого медицинского словаря. Метанефрос // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978..

Kateqoriya:Nefrologiya Kateqoriya:Sidik-cinsiyyət sisteminin embriologiyası Kateqoriya:Heyvan anatomiyası Kateqoriya:Böyrəklər Kateqoriya:Sidik-cinsiyyət sistemi