Yeni Dünya yarpaqburun yarasaları, Amerikan yarpaqburun yarasaları və ya elmi adı ilə Phyllostomidae — Şimali Amerikanın cənubundan Cənubi Amerikaya qədər, xüsusilə Cənub-qərbi ABŞ-dən Argentinanın şimalına qədər rast gəlinən yarasalar.
Təsvir
Yeni Dünya yarpaqburun yarasaları ikitərəfli simmetrik və endotermik məməlilərdir, burunlarında dərinin mürəkkəb bir çıxıntısı var, buna burun yarpağı deyilir və ekolokasiyada kömək etdiyi güman edilir. Burun yarpağı şaquli yarpaq, yuxarıya doğru konkav yarpaq və ya bir neçə aksesuar yarpaqla bəzədilə bilər. Yarpaqburun yarasalarının quyruğu yoxdur, ucları iti və ya yumru ola bilən üçbucaq formalı qulaqları var, bədən ölçüləri 4 ilə 13,5 sm (1,6 ilə 5,3 düym) arasında dəyişir və qanadları 90 sm (35 düym) və ya daha çox ola bilər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Şəbpərələr Kateqoriya:Yarasalar Kateqoriya:Cənubi Amerika məməliləri Kateqoriya:Şimali Amerika məməliləri