Toxumçıxarıcı kanal, Toxumaxarı axar, həmçinin də Vas deferens (Атлас анатомии Синельникова, 2 том) — kişi cinsiyyət sisteminə aid cüt orqan. Uzunluğu təxminən 50 sm, diametri isə təxminən 0,5 mm təşkil edir. O, xayalığın artım əlavəsinin (epididimin) axarının birbaşa davamıdır.
Toxumçıxarıcı kanal, toxum kisəsinin ifraz axarı ilə birləşdiyi yerdə sona çatır və bu birləşmə nəticəsində eyakulyasiya axacağı () əmələ gəlir. Yaxşı inkişaf etmiş əzələli qişası sayəsində kanal sıxılmadan açıq vəziyyətdə qalır və toxum ciyəsinin tərkibində asanlıqla palpasiya olunur.
Topoqrafiya
Toxumçıxarıcı kanalın dörd hissəsi bir-birindən fərqləndirilir: Qısa xayalıq hissəsi () — xayalığın arxa tərəfində, onun artım əlavəsinin medial (içəri) tərəfində yerləşir; Ciyə (kanatik) hissəsi və ya ciyəvari hissə () — toxum ciyəsinin tərkibində yuxarıya doğru qalxır, damarların medial tərəfində yerləşərək səthi qasıq halqasına çatır; Qasıq hissəsi () — qasıq kanalından keçir; Çanaq hissəsi () — kiçik çanağın yan divarı boyunca uzanır.
Bundan sonra toxumçıxarıcı kanal aşağıya və arxaya doğru, qarınarxası sahədə () ) hərəkət edərək toxum kisəsinin ifrazat kanalı ilə birləşdiyi nöqtəyə qədər davam edir.
Kanalın uc hissəsində yerləşən, milşəkilli genişlənmiş sahə toxumçıxarıcı kanalın ampulası () adlanır və onun uzunluğu təxminən 3–4 sm təşkil edir. Ampulanın aşağı hissəsi tədricən daralır və prostat vəzinin yuxarı kənarı səviyyəsində toxum kisəsinin ifrazat kanalı ilə birləşir.
İstinadlar
Ədəbiyyat siyahısı
Сапин М. Р., Билич Габриэль Лазаревич Анатомия человека: учебник в 3 т. — М.: ГЭОТАР-Медиа, 2008. — Т.2. — 496 с. ISBN 978-5-9704-0602-1 (т.2)
Xarici keçidlər
Kateqoriya:Kişi cinsiyyət üzvləri Kateqoriya:Məməli erkək reproduktiv sistemi Kateqoriya:Xaya torbası Kateqoriya:Kişi reproduktiv sisteminin fiziologiyası