Leucophaeus scoresbii — Qağayılar fəsiləsinə aid quş növü. Ümumi məlumat Leucophaeus scoresbii qayalıq, palçıqlı və qumlu sahillərdə yaşayır və tez-tez dəniz quşları koloniyaları ətrafında tapılır. Onlar boz rəngli lələklərə malikdir, qanad lələkləri isə daha tünd rəngdədir. Delfin qağayılarının müxtəlif bir qidalanma tərzi var və midyədən leşə qədər bir çox şeylə qidalanırlar. Müasir elmi adı olan "Leucophaeus scoresbii" və köhnə ümumi adı olan "Skozbis qağayısı", ingilis səyyahı Vilyam Skozbisin (1789–1857) şərəfinə verilmişdir.

Leucophaeus scoresbii Çili, Argentina və Folklend adalarının sahillərində tapılır. Cənubi Corciya və Cənubi Sandviç adalarına nadir hallarda səpələnir. Qayalıq sahillərdə, digər dəniz quşları koloniyaları yaxınlığında, kəsləxanalar, kanalizasiya axınları və ferma həyətlərində rast gəlinir.

Leucophaeus scoresbii leşyeyən və fürsətçil bir yırtıcıdır. Leş, tullantılar, quş yumurtaları, balalar, dəniz onurğasızları və digər təbii qidalarla qidalanır. İnsanlar dəniz quşlarının yuvalarını pozduqda, yetkin quşların yoxluğundan istifadə edərək boş qalmış yuvaları talan edir. Araşdırmalar göstərir ki, insanların qarabatdaq yuvalarının olduğu ərazilərdən uzaqlaşdırılması, bu quşların çoxalma uğurunu artırır. Leucophaeus scoresbii həmçinin dəniz məməlilərinin fəaliyyətlərindən istifadə edərək ölü balıqlar, plasenta və nəcis qalıqları ilə qidalanır ki, bu da onlar üçün əsas cəlbedici amildir.

Leucophaeus scoresbii 200 cütə qədər olan kiçik koloniyalarda yuva qurur və adətən alçaq qayalıqlarda, qumlu və çınqıllı çimərliklərdə, burunlarda və bataqlıq çökəkliklərdə yuva qurur. Dekabr ayında iki-üç yumurta qoyulur və balalar mart ayında uçmağa başlayır. Böyüyən balalar "krеş" adlanan qruplarda toplanır.

Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Leucophaeus scoresbiinin qorunma statusunu "az qayğı tələb edən növlər" (LC) kateqoriyasında qiymətləndirib. Bunun səbəbi onun geniş yayılma sahəsinə, sabit populyasiyasına və təxminən 10.000–28.000 fərddən ibarət ümumi populyasiyasına malik olmasıdır. İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:1823-cü ildə təsvir edilən quşlar