Səmədov Samir Səməd oğlu — azərbaycanlı balet rəqqası, xoreoqraf, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar artisti (2008).
Həyatı Samir Səmədov 23 yanvar 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik rəqs şöbəsinə qəbul olunmuşdur. Rəqs üzrə ilk müəllimləri — Azərbaycan Respublikasının Əməkdar artisti **Olqa Arifulina** və Əməkdar müəllim **Gülbacı-Roza Hacıyeva** olmuşdur.
Təhsili 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqişünaslıq bölümünün xoreoqrafiya sənəti kafedrasına qəbul olunmuş, 2002-ci ildə həmin universitetin magistraturasına daxil olmuşdur. 2008-ci ildə “SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın klassik rəqs məktəbinin səciyyəvi xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Təhsil aldığı illərdə bir çox beynəlxalq festivallarda iştirak etmişdir: II Beynəlxalq Uşaq Teatrları Festivalı — Antalya, Türkiyə (1992) Beynəlxalq Müasir Xoreoqrafiya Festivalı — Vitebsk, Belarus (1993) Beynəlxalq Gənclər Festivalı — Aberdin, Şotlandiya (1995) 17-ci Beynəlxalq Kinofestival — Nant, Fransa (1995)
1996-cı ildə Bakı Xoreoqrafiya Məktəbini SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın sinfini bitirmişdir.
Yaradıcılığı 1995-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına qəbul olunmuşdur. Onun pedaqoq-repetitorları Azərbaycanın Xalq artistləri Çimnaz Babayeva və Rəfiqə Axundova olmuşlar. 1995–2023-cü illərdə teatrın premyer-solisti, xoreoqrafı və pedaqoq-repetitoru kimi fəaliyyət göstərmişdir.
Yaratdığı obrazlar Pyotr Çaykovski — Qu gölü, Rotbart Pyotr Çaykovski — Şelkunçik, Drosselmeyer Nikolay Rimski-Korsakov — Şəhrizad, Qızıl qul Qara Qarayev — Yeddi gözəl, Bəhram şah Polad Bülbüloğlu — Eşq və Ölüm, Ölüm Fikrət Əmirov — Min bir gecə, Simurq quşu və Cəfər Xəyyam Mirzəzadə — Ağ və qara, solo Aqşin Əlizadə — Qafqaza səyahət, Dərviş Firəngiz Əlizadə — İntizar, Dərviş Tofiq Bakıxanov — Xeyir və Şər, Şər
Konsert proqramlarında ifalar Mugam (Nazim Əliverdibəyov), Şur (Fikrət Əmirov), Bayaderka (L. Minkus), Korsar (A. Adan), Klassik Pa de de (P. Çaykovski / J. Balançin), Faust (İ.S. Bax / M. Bejar), Ortada (Tom Uilyams / Forsayt) və digərləri.
Pedaqoji fəaliyyəti 2005–2011-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində klassik rəqs müəllimi kimi çalışmışdır.
Fəxri adlar 17 sentyabr 2008 — Azərbaycan Respublikasının Əməkdar artisti 15 sentyabr 2023 — Brüssel Beynəlxalq Xoreoqrafiya Akademiyasının professor-akademik fəxri adları
Müəllif tamaşaları və xoreoqrafik miniatürlər Dyuk Ellington – Fokstrot Erik Sati – Əbədi busə Sergey Raxmaninov – Vokaliz Vinçenso Bellini – Məzəli pa de de Alessandro Marçello – Yarpaqlar, Əbədi duet Xerardo Rodriges – Kumparsita Yaşar Akpəncə – Darbuka, Simurq Frans Legar – Serenada, Qızıl və Gümüş valsı Antonin Dvorjak – Praqa valsları Əşrəf Abbasov – Qaraca qız Adolf Adan – Korsar və digər 1 və 2 pərdəli baletlər.
Filmoqrafiyası Samir Səmədov Azərbaycan balet sənətinin qorunması və təbliği məqsədilə sənədli filmlərin ideya müəllifi və rejissorudur: Qanadlı xatirələr. Leyla Vəkilova (2018) Əbədi duet. Çimnaz Babayeva və Vladimir Pletnyov (2022) Primanın irsi. Qəmər Almaszadə (2023) VƏKİLOVA (2024) Ustad dərsi. Xumar Zülfüqarova (2024) Mərcanın taleyi. Lyudmila Pavliy (2024) Ruhun poeziyası – musiqili-poeziya filmi (2025)
Hazırkı fəaliyyəti 2024-cü ilin aprelindən Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) fəxri premyer-solisti və xoreoqrafı kimi fəaliyyət göstərir.
Həmçinin bax Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Azərbaycan baleti
İstinadlar