Qanvie ( — Beninin qeyri-rəsmi paytaxtı Kotonudan bir saatlıq məsafədə, Nokoue gölündə yerləşən kənd. "Afrika Venesiyası" kimi də tanınan bu kənd 1996-cı ildə UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmək üçün namizəd göstərilib. Tarixi Qanvie Afrika qitəsindən olan suda üzən kəndlər arasında ən böyük olanlardan biridir Qanvienin təxminən 20,000 sakini var. Qanvienin yaranma tarixi XVII əsrin sonlarına gedib çıxır. Bu dövrdə Fon imperiyasının kölə ticarəti səbəbindən qaçan Tofinu xalqı dini inanclarına görə su üzərində yaşamaq ücün məskənlər saldı. Fonların inanclarına görə, suyun üstə yerləşən məkanlara hücum etmək tabu hesab olunurdu. Bunun nəticəsində Tofinu xalqı təhlükəsizlik əldə etdi. Qanvie sözü “Biz sağ qaldıq” mənasını verir ki, bu, kəndin yaranma tarixini ifadə edir.
Qanvie sakinləri əsasən balıqçılıqla məşğuldurlar. Kənddə məktəblər, bazarlar və hətta futbol meydançası mövcuddur. Sakinlərin gündəlik həyatı qayıqlarla bağlıdır. Qayıqlar nəqliyyat vasitəsi olmaqla yanaşı, həm də ticarət, balıqçılıq və hətta sosial tədbirlər üçün istifadə olunur. O, yalnız Afrika daxilindən deyil, bütün dünyadan turistləri cəlb edir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Ganvie, Benin : The Venice of Africa : The Water People of Nokoue Lake