Raul Yusupov (; ) — keçmiş gürcü siyasətçisi və Kvemo Kartli bölgəsi qubernatorunun müavini.

Həyatı 1980-ci ildə Telavi rayonunun Qaracalar kəndində anadan olub, Zurab Jvaniyanın rəhbərlik etdiyi Birləşmiş Demokratlar Partiyasının üzvü olub. Gürcüstanın daxili işlər naziri Vano Merabişvilinin sözlərinə görə, Zurab Jvaniya ilə Raul Yusupov dost olub.

2003-cü ilin noyabrında Gürcüstanda Qızılgün ilqilabından sonra o, İnteqrasiya və Mülki Məsələlər üzrə Dövlət naziri Zurab Malikişvilinin aparatında Dövlət Dəftərxamanında işləməyə başlayıb.

3 fevral 2005-ci ildə Raul Yüsüpov Zurab Jvaniya ilə birlikdə dəm qazının sızmasından zəhərlənərək, öz mənzilində vəfat edib. Lakin, Gürcüstanda belə bir fərziyyə var ki, Raul Yusupov və Zurab Jvaniya zorakılıqla odlu silahdan açılan atəşlə öldürülüblər. Belə ki, rəsmi açıqlamalarda bir sıra uyğunsuzluq və ziddiyyətlər var. Eyni zamanda, qətl fərziyyəsi barədə indiyə qədər aydın və sənədləşdirilmiş sübutlar mövzud deyil. 2012-ci ildə Gürcüstanın keçmiş baş naziri Zurab Jvanyanın müəmmalı ölümü ilə bağlı qalmaqal yenidən gündəmə gəlib. Belə ki, Zurab Jvanyanın ailəsi 2005-ci ildə dünyasını dəyişən eks-baş nazirin ölümündə ozamankı prezident Mixail Saakaşvili və onun komandasını günahlandırıb.

Evli olub, bir qızı var.Unanswered Questions Swirl Around Georgian Probe into Prime Minister's Death by Molly Corso — Kvali Magazine, February 9, 2005. Retrieved August 22, 2006

Həmçinin baxın Zurab Jvaniya

İstinadlar

Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Zəhərlənərək ölənlər