Mario Soldati () — italyan yazıçısı və kinorejissoru. 1954-cü ildə "Lettere da Capri" əsərinə görə Strega mükafatını qazandı. O, romanlardan uyğunlaşdırılmış bir neçə əsərin rejissoru oldu və Alida Valli, Sofi Loren və Cina Lollobricida kimi aparıcı italyan aktrisaları ilə işlədi.
Bioqrafiyası
Turində anadan olan Soldati, bir yezuit məktəbi olan "Liceo Sociale"-də oxudu və 17 yaşında orta məktəbi bitirdi. Daha sonra Turin Universitetində humanitar elmlər üzrə təhsil aldı. O dövrdə Universitet intellektual fəaliyyətin mərkəzi idi və gənc Soldati, onun son kurs tələbələri olan fəal və yazıçı Karlo Levi və jurnalist Cakomo Debenedetti kimi şəxslərlə tanış oldu və dostlaşdı. Daha sonra Roma Universitetində İncəsənət Tarixi üzrə təhsil aldı. 1929-cu ildə romanlar nəşr etməyə başladı. Kolumbiya Universitetində dərs dediyi dövrün xatirələrindən ibarət olan 1935-ci ildə nəşr olunan "America primo amore" ilə ən geniş yayılmaya nail oldu. Əsərinə görə ədəbi mükafatlar, xüsusilə 1954-cü ildə "Lettere da Capri" üçün Streqa mükafatı qazandı.
Kino ilə də maraqlanan Soldati 1938-ci ildə rejissorluğa başlamışdır. Onun ən məşhur filmləri Antonio Foqazaronun romanları əsasında İza Miranda ilə birlikdə "Piccolo mondo antico" (1941) və "Malombra" (1942) filmləridir. Bu iki film 1940-cı illərin əvvəllərində italyan kinosunda “calligrafismo” kimi tanınan hərəkata aiddir. Digər məşhur filmlər arasında Alida Valli ilə Balzakın romanı əsasında çəkilmiş Eugenie Grandet; Fransiyada Fuqa (1948); The River Girl (baş rolda Sofi Loren) və La provinciale (baş rolda Cina Lollobricida). Soldati mütəmadi olaraq İtaliya qəzetlərində, o cümlədən "Il Mondo", "Il Corriere della Sera", "La Stampa", "Avanti", "L'Unità" və "Il Giorno" qəzetlərində məqalələr dərc edirdi.
Soldati 1999-cu ildə 92 yaşında Leriçidə vəfat edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:17 noyabrda doğulanlar Kateqoriya:1906-cı ildə doğulanlar Kateqoriya:Turində doğulanlar Kateqoriya:19 iyunda vəfat edənlər Kateqoriya:1999-cu ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:İtaliya ssenaristləri Kateqoriya:İtaliya kinorejissorları Kateqoriya:Turin Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Turin xatirə qəbiristanlığında dəfn olunanlar