300px|thumb|right|Xudavəng monastırı. Kəlbəcər 300px|thumb|right|Kəlbəcər xatirə sikkəsi Kəlbəcər Şəhəri Günü — hər 25 noyabr tarixində Kəlbəcər şəhərinin erməni silahlı qüvvələrindən azad olunmasının qeyd edilməsi.

Təsis edilməsi 2023-cü il iyulun 31-də imzalanan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamla 25 noyabr tarixi Kəlbəcər Şəhəri Günü elan edilmişdir.

Keçirilməsi

2025-ci ildə 2025-ci ildə Azərbaycan Milli Kitabxanasında "25 Noyabr — Kəlbəcər Şəhəri Günü" adlı virtual sərgi təşkil edilmiş, Kəlbəcərin tarixi və coğrafiyası, buradan görülən yenidənqurma işləri ilə bağlı məlumatlar verilmişdir.

İlk dəfə olaraq, 2025-ci ilin 25 noyabrında Kəlbəcər Şəhəri Günü təntənəli olaraq Kəlbəcərdə qeyd edilmişdir. Azərbaycan Mədəniyyət Nazirliyi və Kəlbəcərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonunda silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərə "Kəlbəcər – obyektivdən tarixə" fotosərgisi, Azərbaycan Xalça Muzeyinin "Yaddaş" sərgisi, "Kəlbəcərin palitrası" rəsm əsərlərinin nümayiş edilməsi, ənənəvi sənətkarlıq sərgisi və rəsm ustad dərsləri daxildir. Gəncə Dövlət Milli Dram Teatrının kəlbəcərlilər üçün Abdulla Şaiqin "Tıq-Tıq xanım" musiqili nağıl-tamaşası ilə çıxışı, eyni zamanda, daha sonra konsert proqramı və atəşfəşanlığın keçirilməsi tədbirlər planına daxil edilmişdir.

Kəlbəcər fotosərgisində nümayiş edilən rəsmlər Hüseyn Hüseynzadənin dağ silsiləsi çəkilişi, 1984-cü ildə Asım Talıb tərəfindən lentə alınmış "Kəlbəcər ağsaqqalları və çörək bişirənlər", 1993-cü ildə kəlbəcərlilərin məcburi köçkünlüyü, 1994-cü ildə Ömər aşırımında gedən döyüş səhnələri və s.-dir.

Kəlbəcər Şəhəri Günündə iştirak edən sənətşünas, rəssam Könül Hüseynova qeyd etmişdir ki, Qarabağda dağlıq ərazilərdə keçəçilik sənəti inkişaf etmişdir və əsasən çobanlıqda istifadə edilirdi. O, bu sənətin Qarabağa qaytarılması məsələsini xüsusilə qeyd etmişdir. Kəlbəcər Şəhəri Günündə Qarabağ xalçaçılıq və bədii metal əşyaları nümayiş edilmiş, sərginin məqsədi olaraq Azərbaycan köçəri mədəniyyətinin təsvir edilməsi seçilmişdir. Sərgidə köçəri maldarlıqla məşğul olan əhalinin məişətini əks etdirən alaçıq interyeri canlandırılmışdır.

Tədbir zamanı çıxış edən Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Kəlbəcər şəhərinin Azərbaycanın inkişaf etmiş mədəniyyət və turizm mərkəzlərindən birinə çevriləcəyinə ümid etdiyini qeyd etmişdir.

İstinadlar

Kateqoriya:Kəlbəcər rayonu Kateqoriya:Azərbaycanda postmüharibə dövrü