Con Maeda (; ) — Yapon-Amerika dizayneri, kompüter elmlər alimi və yazıçısı. Massaçusets Texnologiya İnstitutunun Dizayn professoru. Ondan çox kitabın müəllifidir (həmmüəlliflik də daxil olmaqla). Onlardan biri, bestseller olan "Sadəlik Qanunları" dünyanın bir çox ölkələrində nəşr olunub. Həyatı Con Maeda 1966-cı ildə Sietlda anadan olub. O, 1989-cu ildə Rod-Aylend Dizayn Məktəbindən (RISD) dizayn üzrə bakalavr dərəcəsi alıb və sonra Boston Universitetində mühəndislik üzrə magistr təhsili alıb. Onun bu iki sahəni birləşdirərək həm texniki, həm də yaradıcı düşüncə ilə dizayn dünyasında inqilabi dəyişikliklərə imza atması, ona çox böyük nüfuz qazandırdı.
1992-ci ildə Yaponiyanın Tsukuba İncəsənət və Dizayn Universitetində doktorluq dərəcəsi almışdır. 2003-cü ildə Merilend İncəsənət Kollecindən (ABŞ) fəxri doktorluq dərəcəsi almışdır.
2004-cü ildən Massaçusets Texnologiya İnstitutu tərəfindən təsis edilmiş MIT Media Lab şirkətində tərəfdaş və tədqiqat direktoru vəzifəsində çalışır və burada müasir həyatı mürəkkəblik və texnologiya dövründə sadələşdirməyə çalışan Sadəlik tədqiqat layihəsi üzərində işləmişdir. Bu layihənin nəticələri 2006-cı ildə nəşr olunmuş ən çox satılan "Sadəlik Qanunları" kitabında dərc edilmişdir.Simplicity Advisory Board
Con Maeda 2004-cü ildə Philips tərəfindən yaradılmış Sadəlik Şurasının üzvüdür. Bu işçi qrupu Philipsin prioritet sahələrində - dizayn, kompüter texnologiyası və tibbdə - şirkətə strateji inkişaf üzrə məsləhət verən beş mütəxəssisdən ibarətdir. Maeda 2001-ci il Milli Dizayn Mükafatı (ABŞ) və Mainichi Dizayn Mükafatı (Yaponiya) da daxil olmaqla çoxsaylı dizayn mükafatları və fəxri adlar almışdır. O, həmçinin "Raymond Loewy" Fondu Mükafatı (Almaniya) laureatıdır. 1999-cu ildə Maeda Esquire jurnalı tərəfindən XIX əsrin ən əhəmiyyətli 21 nəfərindən biri seçilib. O, həmçinin Rod-Aylend Dizayn Məktəbinin prezidentidir.
Maedanın qrafik dizayn işləri Tokio, Nyu-York və Parisdə sərgilənib və Smitson İnstitutunun Kuper-Hyuitt Milli Dizayn Muzeyinin, San-Fransisko Müasir İncəsənət Muzeyinin və Nyu-York Müasir İncəsənət Muzeyinin daimi kolleksiyalarına daxildir.Rhode Island School of Design
O, həyat yoldaşı Kris və beş qızı ilə birlikdə Massaçusets ştatının Leksinqton şəhərində yaşayır.
İstinadlar
Xarici keçidlər Блог Д.Маэды, посвященный книге «Законы простоты» Блог Д.Маэды в Массачусетском институте Сайт «Маэда-Студио» Биография Д.Маэды
Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ dizaynerləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri