Votivkirxa () — Vyanada Rinqştresse küçəsində yerləşən Neoqotika üslublu kilsə. 1853-cü ildə İmperator I Frans İosifə qarşı təşkil edilmiş sui-qəsd cəhdi zamanı imperatorun həyatının xilas olunmasına görə Tanrıya minnətdarlıq ifadə etmək məqsədilə tikilmişdir. Tikinti üçün vəsait imperiyanın hər yerindən toplanmışdır. Kilsə 1879-cu ildə İmperator I Frans İosif və onun həyat yoldaşı İmperatriça Yelisavetin gümüş yubileyi münasibətilə təqdis edilmişdir.Schnorr 2012, p. 69. Tarixi Kilsənin inşası 18 fevral 1853-cü ildə macar millətçisi Yanos Libenyi tərəfindən İmperator I Frans İosifə qarşı təşkil edilmiş uğursuz sui-qəsd cəhdi ilə bağlıdır. O zamanlar Hofburq Sarayında qalan imperator, gündüzlər məşq etmək üçün köhnə istehkamlar ətrafında gəzintiyə çıxırdı. Belə bir gəzinti zamanı 21 yaşlı Libenyi 23 yaşlı imperatora arxadan hücum edərək uzun bıçaqla boynundan zərbə endirdi. Zərbə İmperatorun sərt yaxasındakı qızıl örtüyə dəydi. Həyatı xilas olsa da yarası dərin idi. Uğursuz sui-qəsdçi həbs edilərkən macar dilində "Yaşasın Koşut!" deyə qışqırdı. Frans İosif sui-qəsdçinin pis rəftara məruz qalmamasını tələb etdi. Libenyi edam edildikdən sonra, imperator onun anasına kiçik təqaüd təyin etdi.
Uğursuz sui-qəsd cəhdindən sonra imperatorun qardaşı Maksimilian (sonradan Meksika imperatoru) imperiyanın hər yerindən olan icmalara hücumun baş verdiyi yerdə yeni bir kilsə tikmək üçün ianə toplamağa çağırış etdi. Kilsə Frans İosifin xilası üçün bir votiv təqdimatı və "xalqın İmperator Evinə sədaqətinin və vətənpərvərliyinin abidəsi" olmalı idi.
Kilsənin planları 1854-cü ilin aprelində keçirilən memarlıq müsabiqəsində müəyyən edildi. Münsiflər heyəti, o zaman cəmi 26 yaşında olan Henrix von Ferstelin (1828–1883) layihəsini seçdi. O, kafedralı Neoqotika üslubda tikməyi təklif edirdi. Kilsə bir memarın nəzarəti altında tikilmişdir, Orta əsrlərdəki kafedrallar kimi bir neçə nəslin əməyi ilə deyil. Qalereya
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Votivkirche official website Votivkirche , photo gallery in Flickr YouTube Video of church , YouTube video showing the inside of the church.