Calendulauda erythrochlamys (Dune torağayı) — "Alaudidae" fəsiləsinə aid olan bir torağay növü. Namibiyaya endemikdir və təbii yaşayış mühiti subtropik və ya tropik quru ovalıq çölləridir. Dune torağayı, dünyanın ən quraq bölgələrindən biri olan Namib səhrasında yaşamaq qabiliyyəti inkişaf etdirən, yeganə quş növüdür.
Taksonomiya
"Calendulauda erythrochlamys" torağayı 1853-cü ildə ingilis təbiətşünas Hü Striklend tərəfindən Namibiyanın Valvis Körfəzi yaxınlığındakı, Damaraland bölgəsindən toplanmış nümunələr əsasında təsvir edilmişdir. O, binominal ad olaraq "Alauda erythrochlamys" adını təqdim etmişdir. Bu torağayı indi ingilis zooloq Edvard Blit tərəfindən 1855-ci ildə təqdim edilmiş "Calendulauda" cinsinə daxil edilən səkkiz torağay növündən biridir. "Calendulauda" adı digər iki torağay cinsinin adlarının birləşməsindən yaranmışdır: "Calendula" və "Alauda". Xüsusi epitet "erythrochlamys" qədim yunan dilində "qırmızı" mənasını verən "ερυθρος/eruthros" və "xilət" mənasını verən "χλαμυς/khlamus, χλαμυδος/khlamudos" sözlərinin birləşməsindən yaranmışdır.
İstinadlar
Xarici keçidlər
Species text - The Atlas of Southern African Birds
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Torağaylar Kateqoriya:Cənubi Afrika quşları Kateqoriya:1853-cü ildə təsvir edilən quşlar Kateqoriya:Calendulauda