Phylloscopus coronatus (Şərq taclı pöhrəcili) — "Phylloscopidae" fəsiləsinə aid olan, Köhnə Dünya pöhrəcilərindən bir növ.

Təsvir

"Phylloscopus coronatus" orta ölçülü, kifayət qədər möhkəm və parlaq rəngli bir yarpaq pöhrəcisidir. Üst hissələri tünd zeytun-yaşıl, alt hissələri isə ağ rəngdədir. Başında tünd, boz yan tac zolaqları və zəif sarımtıl orta tac zolağı var. Uzun sarımtıl-ağ qaş xətti, göz boyunca tünd zolaq və tünd göz ətrafı ilə xarakterizə olunur. Yanəkləri solğun sarı rəngdədir. Tək bir açıq rəngli qanad zolağına malikdir. Kvadrat şəkilli quyruğu yüngül çəngələ bənzəyir. Dimdiyi kifayət qədər güclü, möhkəm və açıq rəngli, ayaqları isə tünd rəngdədir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Yarpaqgüdən Kateqoriya:Asiya quşları Kateqoriya:1845-ci ildə təsvir edilən quşlar Kateqoriya:1847-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar