Məhsəti — Şairə Məhsəti Gəncəvidən bəhs edən qısametrajlı Azərbaycan bədii filmi.

Film heyəti Filmin rejissoru Suad Qarayevadır. Filmin prodüserləri Mariya İbrahimova (Azərbaycan) və Ada Solomondur (Rumıniya). Filmdə baş rolu Fərqanə Abdulla canlandırır. Onun oynadığı obraz Məhsəti Gəncəvi rolunu oynamağa hazırlaşan gənc bir aktrisadır.

Buraxılışı Filmin premyerası 2025-ci ilin mayında Kaliforniyada keçirilən "Mamont Gölləri" Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin 2026-cı ilin fevralında Londonda nümayiş edilməsi planlaşdırılır. Bundan sonra isə filmin buraxılışını filmin distribütorları, "Origine Films" təyin edəcək.

Bədii Şura tərəfindən qadağa qoyulması 200px|thumb|left|Məhsəti Gəncəvinin portreti Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura "Məhsəti" filminin Bakı Film Festivalında ("İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" çərçivəsindəki "Baku Cinema Breeze – 2025" kino proqramına daxil olan film festivalı) nümayişinə qadağa qoymuşdur. Səbəb olaraq, ədəbiyyat irsinə hörmətsizlik, Məhsəti Gəncəvinin bədii təqdimatında ciddi təhriflərə yol verilməsi kimi səbəblər göstərilmişdir. Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdim edilməsi, filmdə normativ-etik xarakterli ciddi pozuntuların və konseptual uyğunsuzluqların olmasının Bədii Şura tərəfindən iddia edilməsi nəticəsində filmə lisenziya verilməmiş və film qeydiyyata alınmamışdır.

Suad Qarayeva isə bildirib ki, film mənəvi dəyərlərə uyğun gəlmədiyi üçün Bədii Şura tərəfindən ona lisenziya verilməmışdır və film Bakı Film Festivalı proqramından çıxarılmışdır. O, filmdə baş obraz olan, Məhsəti rolunu oynamağa hazırlaşan gənc aktrisanın kluba getdiyini, içki içdiyini, rəqs etdiyini və bir kişi ilə romantik münasibət qurduğunu qəbul etmişdir:

Daha sonra Suad Qara üzr istəmiş, Azərbaycan mədəni dəyərlərinə bağlılığını bildirmişdir. O, sözlərinin niyyətindən səhv başa düşülməsi ilə bağlı olaraq hamıdan üzr istəmiş, əvvəlki paylaşımının emosional düşüncə olduğunu bildirmişdir.

Qəbulu

Tarixi baxış Tarixçi alim Zaur Əliyev Məhsəti Gəncəvinin şərab içməsi ilə bağlı bir əfsanə olduğunu qeyd etmiş, onun azadlıq şairəsi və qurbanı olduğunu bildirmişdir.

Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy isə Məhsəti Gəncəvinin əslən Azərbaycandan olmadığını, şeirlərində biədəb sözlər olduğunu, onları farsca bir oxuyan bir adamın bu şeirləri çap etməyin mümkün olmadığını başa düşəcəyini qeyd etmişdir.

Mükafatlandırma Baş rol ifaçısı Fərqanə Abdullayeva Milanda Müstəqil Film Mükafatlarında "Ən yaxşı aktrisa" mükafatını qazanmışdır.

İstinadlar

Əlavə oxu

Kateqoriya:2025-ci ilin Azərbaycan filmləri Kateqoriya:Məhsəti Gəncəvi