Çilov (əvvəlki adı: Jiloy) — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə, Jiloy qəsəbə inzibati-ərazi vahidi Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Çilov qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çilov qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Çilov qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.

Tarixi Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis adlanıb. Qəsəbə daha çox neft hasilatı ilə tanınmışdır. 1949-cu ildə qəsəbə statusu almışdır.

Əhalisi Əhalisi 1,7 min nəfərdir.Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 117 Əhalisi əsasən sənaye müəssisələrində və qismən də kənd təsərrüfatı sahələrində çalışır. Qəsəbədə bir neçə sənaye və kənd təsərrüfatı məhsulları emalı müəssisəsi fəaliyyət göstərir. Sosial obyektləri var.

Təhsil Qəsəbədə 131 saylı məktəb, 50 yerlik uşaq baxçası fəaliyyət göstərirDərsə vertolyotla gedən sumqayıtlı müəllim: Gənc xanımın heyrətamiz həyatı - FOTOLAR . xeberle.com, 01.03.2018 .

İstinadlar

Xarici keçidlər Bir adanın şəhidləri. Onların Vətən eşqi Xəzərin ortasındakı Çilov adlı torpaq parçasından qanadlanmışdı.

Kateqoriya:Bakının kəndləri Kateqoriya:Pirallahı rayonunun qəsəbələri Kateqoriya:Azərbaycan adaları Kateqoriya:Xəzər dənizi adaları Kateqoriya:Azərbaycanın ucqar nöqtələri