Prrenyasi () — Albaniya Respublikasında şəhər və bələdiyyə.

Ümumi əhalisi 24.906 nəfərdir (2011-ci il siyahıyaalınması), ümumi ərazisi isə 323.17 km2-dır.

Yerləşməsi Albaniyanın şərqindəki Elbasan əyalətində yerləşir. Bələdiyyə, 2015-ci ildə yerli idarəetmə islahatı zamanı keçmiş Prrenyasi, Qukes, Rrayce və Stravay bələdiyyələrinin birləşməsi ilə yaradılıb və sonradan bələdiyyə vahidlərinə çevrilib. Bələdiyyənin mərkəzi Prrenyasi şəhəridir.

Prrenyasi, həmçinin İstanbuldan Durresə qədər uzanan Eqnati yoluna bağlı olması ilə məşhurdur.

Tarixi Prrenyasi şəhərinin yaranma tarixi çox qədimlərə gedib çıxır. Osmanlının Albaniyadakı müharibələri dövründə şəhərin ucaldığı ərazi Torviolli adlanırdı. Yerli qəhrəman İsgəndər bəy döyüşə başlamazdan əvvəl (döyüş tarixdə Torvioll döyüşü kimi tanınır) döyüşçülərinə döyüşdə qalib gəlməyin vacibliyini söyləmişdi. Burada Albaniya üçün əhəmiyyətli bir tarix yazılıb. Prrenyasi şəhərinin adı İsgəndər Bəy ordusunun qələbə qazandığı bu döyüşlə sıx bağlıdır. Bu döyüşdə çoxlu türk və alban əsgəri öldürüldü. O qədər çox əsgər öldürüldü ki, burada qan çayının axdığına inanılır.

Prrenyasi xalqı 28 noyabr 1912-ci ildə Albaniyanın İstiqlal Bəyannaməsində də iştirak etmişdir.

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri