Şah Abbas ovdanı — Xızı rayonu, Şorabad kəndi ərazisində yerləşən, XVI əsrdə tikilməsi ehtimal edilən ovdan. Ondan 15-20 km cənubda yerləşən Yaşma ovdanı ilə eyni quruluşa malikdir. Buda ovdanların eyni dövrdə tikilməsini deməyə əsas verir. Ümümilikdə Səfəvi hökmdarı Şah Abbasın hakimiyyəti dövründə şimal istiqamətində karvan yollarının inkişaf etdirilməsi məqsədi ilə karvansaraylar inşa edilmişdir. Hər karvansarayın yaxınlığında isə su təminatı məqsədi ilə ovdanlar salınmışdır. Bu səbəbdəndə ovdanların və karvansarayların çoxu Şah Abbasın adı ilə adlandırılır.
Tikili Ovdan dənizdən bir qədər aralıda, sahilə yaxın ərazidə, tarixi karvan yolunun üzərində tikilmişdir. Bu ovdanda Yaşma ovdanı kimi tağvari dəhliz şəklində olan giriş hissəsinə sahibdir. Buda o tip ovdanların daha uzun ömürlü olmasını təmin edir. Ovdanın əsas hissəsi torpağın altındadır. Hazırda ovdanın yeraltı hissəsi gilli torpaqla dolmuşdur. Baxımsız vəziyyətdə olan ovdanın yaxınlığındakı, karvansaray günümüzə gəlib çatmamışdır.
Həmçinin bax Yaşma ovdanı Üç ovdan
İstinadlar
Kateqoriya:Xızı rayonunun görməli yerləri Kateqoriya:Ovdanlar