Caprimulgus aegyptius (Misir keçisağanı) — Cənub-qərbi Asiya və şimali Afrikada yayılmış və tropik Afrikada qışlayan orta-kiçik ölçülü bir keçisağanı növü. Bu növ geniş yayılma sahəsinə malik olduğu və yaşayış mühitinin məhv edilməsi xaricində heç bir aşkar təhlükə ilə üzləşmədiyi üçün "Beynəlxalq Təbiəti Mühafizə Birliyi" tərəfindən "ən az narahatlıq doğuran" statusu ilə qiymətləndirilmişdir.
Təsvir
Gündüz vaxtı istirahət edən bu quşun rəngarəng lələkləri Avropa keçisağanına nisbətən daha açıq rəngdədir. Yetkin fərdlərin rəngi qum rəngində olub, bej və qəhvəyi zolaqlarla örtülüdür. Alt hissələri isə qum və ya ağ rənglidir. Bu növ digər yayılmış növlərə nisbətən daha kiçik, lakin nisbətən daha uzun qanad və quyruğa malikdir. Digər keçisağanları kimi, bu növün də geniş ağzı, uzun qanadları, yumşaq lələkləri və gecə həyat tərzi var. Erkək fərdlərin qanadlarında kiçik ağ ləkələr olur. Uzunluğu 25 sm, qanad aralığı isə 55 sm-dir. Səsi təkrarlanan mexaniki "kroo-kroo-kroo..." kimi səslənir və quş başını yanlara çevirdikcə bu səs yüksəlir və alçalır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:1823-cü ildə təsvir edilən quşlar Kateqoriya:1823-cü ildə təsvir edilən heyvanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:İran quşları Kateqoriya:20–24 ID olan Taksonbar