Əbu Hənifə məscidi () — Bağdadın Əzəmiyyə bölgəsində yerləşən tarixi məqbərə və məscid kompleksi.
İnşası Hicri 150-ci (767) ildə Bağdadda vəfat edən Əbu Hənifə, "Əzam" sifətinə izafətən bu gün Əzəmiyyə adlanan məhəllədə dəfn edilmiş və məzarı üzərində kərpicdən bir türbə tikilmişdi. Səlcuqlu vəziri Şərəfül-mülk Əbu Səid əl-Xarəzmi hicri 459-cu (1067) ildə məzarın üzərində bir türbə, onun yanında isə bir mədrəsə inşa etdirmişdir. Türbə uzaq məsafələrdən görünən, konusvari müqarnalı, Səlcuqlu üslubunda günbəzli bir tikili idi. Mədrəsə isə Nizamiyyə mədrəsəsindən dörd ay on üç gün əvvəl — 27 Cəmaziyəl-axır hicri 459-cu (15 may 1067) ildə fəaliyyətə başlamış və Bağdadda qurulan ilk Səlcuqlu mədrəsəsi olmuşdur.
Dağıdılması və bərpası thumb|1510-cu ilə aid Osmanlı sənədi. Bu sənəddə Əbu Hənifənin məzarının yanıldırmasından bəhs olunur (3–8 sətirlər). 1508-ci ildə Bağdadı işğal edən I İsmayıl Əbu Hənifənin məzarını dağıtmış və yandırmışdır. Bağdadı azad edən I Süleyman məzarın bərpasını Memar Sinana həvalə etmişdir. 1534-cü ildə məqbərəyə imarət, məscid, hamam və ribat (red — müdafiə istehkamı) əlavə olunaraq yenidən bərpa edilmişdir. Əbu hənifənin məzarına I Abbas tərəfindən də zərər verilmişdir. 1639-cu ildə Bağdad yenidən Osmanlının əlinə keçir və sultan IV Murad məqbərənin bərpası üçün əmr verir.
Kompleksdəki sonrakı restavrasiya işləri 1802-ci ildə Süleyman paşa, (məsciddə) 1816-cı ildə Davud paşa, (türbədə) 1839-cu ilə sultan Əbdülməcid tərəfində aparılmışdır. Kompleksin bütünlükdə təmiri 1871-ci ildə Pərtəvniyal Validə sultan və 1903–1910-cu illərdə Sultan II Əbdülhəmid tərəfindən həyata keçirilmişdir. Daha sonra İraq hökuməti tərəfindan 1948-ci və 1959-cu illərdə həyata keçirilən təmir işlərində kompleksin memarlığında bir sıra dəyişikliklər edilmiş, kompleksi əhatə edən qala divarları, portallar, mədrəsə, imarət, hamam və qərbi portiklər dağıdılaraq, yerinə modern üslubda yeni həyət hasarları, simvolik iki portal və əlavə binalar inşa edilmişdir.
İstinadlar
Kateqoriya:XI əsr məscidləri Kateqoriya:İslam Kateqoriya:Sünni məscidləri Kateqoriya:Bağdad Kateqoriya:İraq məscidləri Kateqoriya:X əsrdə tamamlanmış tikililər