Carybdea — hazırda cəmi 8 növdən ibarət olan Yumrumeduzlar sinfinin Carybdeidae fəsiləsinə aid zəhərli yumru meduza cinsi. Ümumi məlumat Carybdea meduzaları əsasən Aralıq dənizi, Sakit okeanı və Afrika sahilləri kimi isti sularda yaşayır. Onların iynəsi növündən asılı olaraq müxtəlif təsirlərə səbəb ola bilər. Bu onurğasızlar həm cinsi, həm də cinsiyyətsiz çoxalma yolu ilə polipdən meduzaya çevrilir.Acevedo, Melissa & Straehler-Pohl, Ilka & Morandini, André & Stampar, Sergio & Bentlage, Bastian & MATSUMOTO, GEORGE & Yanagihara, Angel & Toshino, Sho & Bordehore, Cesar & Fuentes, Veronica. (2019). Revision of the genus Carybdea (Cnidaria: Cubozoa: Carybdeidae): Clarifying the identity of its type species Carybdea marsupialis. Zootaxa. 4543. 515. 10.11646/zootaxa.4543.4.3. Carybdea meduzalarının yumru formasında zəngi və dörd tentakulu var, həmçinin gözə bənzər sensor strukturlara malikdirlər. Bu cinsdəki bir çox növü fərqləndirən xüsusi fiziki işarələr mövcuddur. Carybdea meduzaları zəhərlərini yırtıcı kimi istifadə etsələr də, onlar həm də tısbağalar və müxtəlif balıqlar tərəfindən ovlanır. Onlar plankton, onurğasızlar, balıqlar və bəzi xərçəngkimilərlə qidalanır.

Carybdea cinsinə daxil olmaq üçün bir neçə şərt mövcuddur. Mədə mesenteriyalardan asılmamalıdır və mədə künclərində və ya aypara formalı sahələrdə qastrik cirrlər tapılmalıdır. Bağırsağın uzantıları olan velarial kanallar yalnız 2-4 budağa malik olmalıdır. Hazırda Carybdea, Carybdeidae fəsiləsində yeganə cinsdir ki, üst tərəfdə tək örtük lövhəsi və alt tərəfdə heç bir lövhə olmayan ürək formasında ropaliar dəlik ağzına malikdir.

Son tədqiqatlar Karib dənizində tapılan C. marsupialis növünün Carybdea cinsinə aid olub-olmadığı sualını ortaya qoydu. Tədqiqatlar Aralıq dənizi və Puerto-Rikodan olan C. marsupialis meduzaları arasında bəzi fərqlər olduğunu göstərdi. Bu fərziyyə hələ də araşdırılır. Hazırda bu cinsə 8 növ daxildir. İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Yumrumeduzlar