Vilyam Adlinqton (; 1566-cı ildə aktiv fəaliyyətdə olduğu bilinir) — kraliça Elizabet dövrünü "tərcümə işinin qızıl əsri"nə çevirən çoxsaylı tərcüməçilərdən biri.
Apuleyin II əsrdə yazdığı "Metamorfozlar" əsərini ingilis dilinə ilk dəfə məhz Adlinqton tərcümə etmişdir və bu tərcümə XX əsrə qədər davamlı olaraq yenidən çap edilirdi."Kupid və Psixeya nikahı haqqında ən xoş və valehedici hekayə" əsərindən bir parçadır. Əsərin digər adı "Qızıl eşşək"dir və bu adla ilk dəfə 1566-cı ildə çap olunmuşdur, 1571, 1582 və 1596-cı illərdə isə yenidən çap edilmişdir."Lusi Apuleyin Metamorfozunu ehtiva edən "Qızıl eşşəyin" 11 kitabı ()" (London 1566). Onun nəsri cəsarətli və zövqvericidir, baxmayaraq ki, müasir tərcüməçidən gözlənilən qədər orijinal mətnə ciddi şəkildə riayət etmir, bunun səbəbi qismən ondan ibarətdir ki, o əsəri orijinal latın mətnindən də istifadə edərək fransız dilindəki nəşrdən tərcümə etmişdir. Bu kitab Şekspirin ən sevimli əsərlərindən biri idi. Faciə əsərlərində belə bu tərcümənin izlərini tapmaq mümkündür, nümünə kimi Con C. M. Tobin yazdığı "Şekspir və klassik dünya" (Kennet Muirin nəşri, Kembric Universitetin nəşri, 1978) əsərlərini gətirmək olar. Bundan başqa, Ceyms A. S. Makpik "Psixeya haqqında mif və yay gecəsində yuxu" yazısında qeyd edir ki, oxşarlıqlar Şekspirin "Yay gecəsində yuxu" əsərində də aşkardır.
Həmçinin, Robert H. F. Karverin "The Protean Ass: The 'Metamorphoses' of Apuleius from Antiquity to the Renaissance" (Oxford: Oxford University Press, 2007) əsəri bu ilhamlanma barədə bəhs edir. O, əsərini Susseks qrafı Tomasa həsr etmiş və əsərin yazıldığı yeri "Oksenford Universitet Kolleci" qeyd etmişdir, lakin Adlinqton haqqında o qədər az məlumat saxlanılıb ki, hətta Milli bioqrafiya lüğətində ona bioqrafiya məqaləsi həsr olunmamışdır. Onun Çeşirdən olan Adlinqton ailəsi ilə hər hansı əlaqədə olduğu sübut olunmayıb, eləcə də onun "Qeyri-qanuni sevginin şiddətli gücünə qarşı xüsusi çarə" () adlı traktatın müəllifi olması sübut olunmayıb, həmin əsərin müəllifi çox güman ki, londonlu məktəb müəllimi Vilyam Averell idi.
İstinadlar
Kateqoriya:XVI əsr İngiltərə tərcüməçiləri Kateqoriya:Latın dilindən ingilis dilinə tərcümə edənlər