alt=|thumb Azərbaycan miniatürləri — Azərbaycanın orta əsr miniatür sənəti.

Tarixçə Azərbaycan miniatürü müsəlman Şərqinin incəsənəti tarixində ən maraqlı səhifələrdən birini təşkil edir. Miniatür sənətinin ən qədim nümunələlərindən sayılan bir çox əsərlər Azərbaycan şəhərlərində – Xoyda, Marağada, Təbrizdə yaradılmışdır.

Azərbaycan miniatürünün ən qədim nümunələri – "Mənafi əl – Heyivan" (1298), "Cami – ət – Təvarix" (1307 və 1314-cü il nüsxələri) müsəlman Şərqində yeni bir məktəbin yaranmasını təsdiqləyir. Yalnız Təbriz məktəbinin deyil, ümumiyyətlə, bütün Şərq miniatür sənətinin "Şah əsərlərindən" sayılan Demott "Şahnamə"sinin (1330–1340) illüstrasiyaları, Avropa və ABŞ–ın ən məşhur muzey və şəxsi kolleksiyalarında saxlanılır.

İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, "siyah qələm" və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.

Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.

Miniatür sənətinin yaranması Sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin sözlərinə görə, Təbriz miniatür məktəbinin meydana gəlməsi türklərlə bağlıdır. XIII əsrdə Orta Asiyadan Azərbaycana gələn türklər çox yaxşı rəssam və miniatürçü idilər. Özəlliklə bitikçiliklə (katib) və salnaməçiliklə məşğul olan uyğurların adını qeyd etmək gərəkir. Uyğurlar qədim, hələ III yüzillikdə meydana gələn manilik dininin daşıyıcıları və yüksək gözəllik duyumuna malik idilər, bu da Təbriz miniatür məktəbinin və Şərqdə, Qərbdə əlyazma kitabların bünövrəsini qoydu. IV əsrdə Topal Teymur Təbrizi ələ keçirəndə Sultan Əhməd Cəlayır saray əhlini götürüb köçür öz güney paytaxtına Bağdada. Təbriz məktəbinin ideya və texnikası da köçür Bağdada. Beləliklə, Şərq sənətşünaslığında süni "Bağdad miniatür məktəbi" terminin yaranır. Doğrudur, Bağdad miniatür məktəbi mövcud idi, ancaq Sultan Əhməd Cəlayır və onun təbrizli ustalarının gəlişindən 200 il öncə monqol-tatarlar tərəfindən məhv olmuşdu. Az sonra Əmir Teymur Bağdadı da ələ keçirir. Sultan Əhməd öldürülür, ən yaxşı miniatür ustaları Səmərqəndə köçürülür, qalanları Şiraza qaçır. İran sənətşünaslarına görə, beləliklə, birdən birə göydəndüşmə Şiraz miniatür məktəbi yaranır.

Herat miniatür məktəbinin yaranmasında Təbriz miniatürçü rəssamları başlıca rol oynayırdı. Təbrizdən Herata görkəmli rəssamlar dəvət olunmuşdu: Seyid Əhməd Naqqaş, Hacı Əli Müsavir, Kavaməddin, Qiyasəddin və s. Ünlü Herat miniatürçüsü Kamaləddin Behzad da Seyid Əhməd Naqqaşın yetirməsi idi.

Miniatür sənəti və din

Miniatür sənətində hərbi janr

XIII–XIV əsrlər thumb|150px|"Vərqa və Gülşa"ya çəkilmiş miniatürlər Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir, lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin "Vərqa və Gülşa" əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. "Vərqa və Gülşa"ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.

left|thumb|Əsr düşmüş parfiya şahı Ərtaban sasani şahı Ərdəşirin önündə. "Böyük Təbriz Şahnaməsi". 1330-cu il. XIII–XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi. Bu əsrlərdə Çin-Uyğur sənətindən faydalanan rəssamlar Uzaq Şərq xalqlarından gələn təsvir forması və ifadə vasitələrini yerli ənənələrlə – səthi-dekorativ forma ilə uyğunlaşdırmağa çalışırlar.

thumb|150px|İsfəndiyarın qurdlarla savaşı. "Demott Şahnaməsi". 1370-ci il XIV əsrin ortalarından Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340–1350 illərə aid edilən "Böyük Təbriz Şahnaməsi", yaxud "Demott Şahnaməsi" adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır. Əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Bu əlyazmanın miniatürlərindən hələlik 58-i məlumdur. Tədqiqatçılar Təbriz miniatür məktəbinin bu dövrdəki inkişafını, xüsusilə "Demott Şahnaməsi"nin illüstrasiyalarını yüksək qiymətləndirmişlər. Fransız sənətşünası Östaş dö Lorey yazır: "miniatür sənəti heç vaxt bu qədər əzəmətli, akademizmdən uzaq və belə orijinal olmamışdır".

XV əsr thumb|left|150px|"Xosrov və Şirin" əlyazmasından miniatür. 1405–1410-cu illər Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması (1405–1410, Frir qalereyası, Vaşinqton), sonuncu Cəlair hakimi Sultan Əhmədin şeirlər "Divanı"na çəkilmiş dahi rəssam Əbd-əl-Xayyinin rəsmləri (1405–1410, Frir qaleryası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri" əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı xəttat (Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri Təbriz məktəbinin kamilləşməsini göstərir.

XV əsrin əvvəllərindən başlayaraq Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini qabil sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F. Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş "ana məktəb" ("Mutterschule") adlandırmışdır.

thumb|Əbdülbaqi Bakuvinin çəkdiyi "İki əmir" portreti. Topqapı muzeyi, İstanbul XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə "Şərq poeziyası antologiyası", yaxud "Şamaxı antologiyası" (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki əmir"; Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.

XV əsrin axırlarında Təbriz miniatür məktəbi yeni yüksəliş dövrünü keçirir. 1481-ci ildə Sultan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan İstanbul "Xəmsə"sinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür obrazlı ifadə vasitələrinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorotivliyinə, kolorit zənginliyinə görə ("Şirin çimərkən Xosrovun ona tamaşa etməsi", "İsgəndər və Dara", "İsgəndər və çoban", "İsgəndər Nüşabənin sarayında" və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdən əsaslı surətdə fərqlənir, bədii sənətkarlıq baxımından daha qiymətli hesab edilir. Bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid edilir.

XVI əsr thumb|"Sultan Səncər və qarı". "Xəmsə" (1539–1543, Britaniya muzeyi, London) Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın, əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmməd kimi şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.

XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi daha da genişlənir. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərləri, poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tutur. Təsviri sənətdə ən çox və ən dəyərli miniatürlər bu iki əsərə – "Şahnamə" və "Xəmsə"yə çəkilirdi. XVI əsrin əvvəllərində Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli "Xəmsə" (Metropoliten-muzey, Nyu-York), "Şahnamə" (Şərqşünaslıq in-tu, Sankt-Peterburq), "Quy və çovkan", 1528-ci il tarixli "Cami ət-təvarix" (hər ikisi M. Y. Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir. Bəsit kompozisiya quruluşu, koloriti, obrazların həlli və mənzərə motivlərinin təsvir baxımından nisbətən sadə və yığcam olan bu əsərlər XV əsr miniatürlərinin lakonik üslub xüysusiyyətlərindən təmtəraqlı dekorativ xarakter daşıyan yeni üsluba keçid mərhələsini təşkil edir.

Təbriz məktəbi simasında 1530–1540-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə bədii-estetik və sənətkarlıq baxımından ən dəyərli miniatürlərlə bəzədilmiş bir çox qiymətli əlyazmalar hazırlanır.

Son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü "Şah və Dərviş" (M. Y. Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş "Şahnamə" (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı Metropoliten-muzeydə, qalan hissəsi Nyu-Yorkda, Haufton kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış "Xəmsə" (1539–43, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir. "Şahnamə"yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin "Keyumərzin məclisi", "Zöhhakın edam edilməsi", Mirzə Əli Təbrizinin "Hindistan elçilərinin qəbulu", Müzəffər Əlinin ov və döyüş səhnələri, Mir Seyid Əlinin saray məclisləri təsvir olunan əsərləri, "Xəmsə"yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin "Sultan Səncər və qarı", "Şirin çimərkən Xosrovun ona tamaşa etməsi", "Məhəmməd Peyğəmbərin meracı". Mir Müsəvvirin "Ənuşirəvan və bayquşların söhbəti", Mirzə Əli Təbrizinin "Xosrov Bərbədin musiqisini dinləyir", "Şapur Xosrovun portretini Şirinə göstərir", Mir Seyid Əlinin "Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi" və s. əsərlər Şərq miniatür sənətinin zirvəsini təşkil edir. Şərq rəssamlarının ən çox sevdiyi "Şahnamə" və "Xəmsə" süjetləri parlaq, klassik ifadəsini məhz bu iki əlyazmada – Sultan Məhəmməd və onun müasirlərinin əsərlərində tapmışdır. Belə süjet və obrazlarla yanaşı, Azərbaycan rəssamları digər poetik əsərlərə də orijinal miniatürlər çəkmişlər. Bunlardan Sultan Məhəmmədin 1530 illərdə Hafizin "Divan"ına çəkdiyi "Şam Mirzənin kef-musiqi məclisi", "Meyxanada", naməlum rəssamların Ə. Cami, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərlərinin əlyazmalarına, Sədinin külliyatına (hamısı M. Y. Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) və b. əlyazmalarına çəkdikləri miniatürləri göstərmək olar. Sultan Məhəmmədin "Meyxanada" əsərində təsvir olunan surətlər daxili psixoloji ifadəliliyi və obrazların bir qədər qroteskvarı, satirik planda işlənməsi baxımından şərq miniatür sənətində nadir əsərlərdən hesab edilir.