Jül-Rober Ogüst (; ) — romantizm və klassisizmlə əlaqəli fransız rəssamı. Əvvəlcə heykəltəraş olan Ogüst, 1810-cu ildə Roma mükafatı da daxil olmaqla, mükafatlar qazanmışdı. O, həmçinin səyyah kimi də tanınırdı və Yunanıstan, Suriya, Türkiyə, Albaniya, Misir və Yaxın Şərqin müxtəlif bölgələrindən gətirdiyi nağıllar və suvenirlər fransız şərqşünaslığına təkan vermişdir.
Bioqrafiyası
Zərgər Anri Ogüstün oğlu olan Jül-Rober Ogüst 1806-cı ildə Parisdəki Milli Gözəl Sənətlər Ali Məktəbində Pyer Kartelyenin rəhbərliyi altında təhsil almışdır. 1810-cu ildə heykəltəraşlıq üzrə Roma mükafatına layiq görülmüşdür.
Atlara olan marağını paylaşdığı Teodor Jerikonun dostu olan Ogüst, əvvəlcə heykəltəraşlıqla məşğul olmaq niyyətində olsa da, onu rəssamlığa yönəldən Jeriko idi. O, Romadakı Villa Mediçi-də qaldığı müddətdə Enqrlə tanış olmuşdur. Yunanıstana, Misirə və Mərakeşə səyahətləri onu ilk şərqşünas rəssamlarından birinə çevirmişdir. Ejen Delakrua səyahətlərindən gətirdiyi bəzi suvenirlərdən ilk şərqşünas rəsmlərini yaratmaq üçün istifadə etmişdir.. O, həmçinin akvarel və pastel boyalarında da əla nəticə göstərmişdir.
O, 15 aprel 1850-ci ildə vəfat etdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:5 yanvarda doğulanlar Kateqoriya:1789-cu ildə doğulanlar Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:15 apreldə vəfat edənlər Kateqoriya:1850-ci ildə vəfat edənlər Kateqoriya:61 yaşında vəfat edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:Fransa rəssamları Kateqoriya:Fransa heykəltaraşları Kateqoriya:Fransanın incəsənət xadimləri Kateqoriya:Milli Gözəl Sənətlər Məktəbinin məzunları Kateqoriya:Fransa