Təfsir ət-Təbərani () və ya ət-Təfsir əl-kəbir () — səhvən Təbəraniyə nisbət edilmiş Quran təfsiri.
Əsər Təfsirin Təbəraniyə məxsusluğu ziddiyyətlidir. Zəhəbi "Siyəru Aləmin-nubəla"da Təbəraninin müəllifi olduğu kitabları qeyd edərkən, onun böyük bir təfsir müəllifi olduğunu qeyd etmişdir. Müasir tədqiqatlara görə isə, sözü gedən əsər Əbu Bəkr əl-Həddad əl-Yəməniyə məxsus olsa da, səhvən Təbəraniyə nisbət edilmişdir. Əsərin Əbu Bəkr əl-Həddada məxsusluğunu açıq şəkildə qeyd edən, əsəri təhqiq etmiş Hişam ibn Əbdülkərim əl-Bədrani əl-Mosuli olmuşdur. Bu təfsir 2008-ci ildə İbriddə (VI cild, "Dar əl-kitab əs-Səqəfi" nəşriyyatı, İordaniya) nəşr edilmişdir.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar Kateqoriya:Təfsir əsərləri