Türkiyə Respublikasının Konstitusiyası və ya 1961-ci il Konstitusiyası () — 9 iyul 1961-ci ildə referendum yolu ilə qəbul edilən və 12 sentyabr çevrilişinə qədər qüvvədə olan Türkiyənin normativ hüquqi aktı.

1961-ci il Konstitusiyası 27 may çevrilişindən sonra gənc zabitlər tərəfindən son 37 ildə inkişaf etmiş siyasi həyatın, xüsusən də çoxpartiyalı siyasi mühitin ehtiyaclarına daha yaxşı cavab vermək məqsədi ilə hazırlanmışdır. Bu konstitusiya tez-tez Soyuq müharibə dövrünün ümumi tendensiyasına zidd olaraq azadlıqları artıran konstitusiya kimi təsvir olunur. Hüquq mütəxəssisləri bununla razılaşmasalar da, iddia edirlər ki, konstitusiya bu azadlıqların həyata keçirilməsinə imkan verən mexanizmləri təmin edə bilməyib. Tarixi 250px|thumb|right|İlk Osmanlı Parlamentinin (Məclis-i Umumi) açılışı, 1877.

Türkiyə Silahlı Qüvvələrinin 38 zabiti 27 may 1960-cı ildə hakim Demokrat Partiyasının (DP) repressiv siyasətini əsas gətirərək hakimiyyəti ələ keçirdi. 1924-cü il Konstitusiyası və Türkiyə Böyük Millət Məclisi buraxıldı; prezident, baş nazir, baş qərargah rəisi və bir çoxları həbs edildi.

Daha sonra Milli Birlik Komitəsi yaradıldı. Bu komitə konstitusiya hazırlanana qədər müvəqqəti qanunlar qəbul etdi və həm qanunverici, həm də icra edici hakimiyyət qüvvələri bu vəzifəli şəxslərdən (23 nəfər) ibarət Milli Birlik Komitəsində cəmləşdi.

Milli Birlik Komitəsi hakimiyyətə gəldikdən sonra tezliklə yeni konstitusiya üzərində işləməyə başladı. İstanbul Universitetinin rektoru professor Sıddık Sami Onarın rəhbərliyi ilə tanınmış elm xadimləri Ankaraya gətirildi və İstanbul Komissiyası yaradıldı. Bu komissiya icra hakimiyyətinin səlahiyyətlərini azaldan bir konstitusiya layihəsi hazırladı, lakin bu layihə qəbul edilmədi. Bununla əlaqədar olaraq, cəmiyyəti daha yaxşı təmsil edəcək Müəssislər Məclisinin yaradılması qərara alındı.Ergun Özbudun, Türk Anayasa Hukuku (say. 35, 36)

Müəssislər Məclisi 6 yanvar 1961-ci ildə iki hissəli yaradıldı: birincisi, Milli Birlik Komitəsi, digəri isə Türkiyə Böyük Millət Məclisinin səlahiyyətlərinə malik olan Nümayəndələr Palatası idi. Bu məclisin bəzi üzvləri iki pilləli seçki sistemi vasitəsilə; bəziləri siyasi partiyaların nümayəndələrindən; bəziləri isə qəzet, vəkil büroları, həmkarlar ittifaqları, məhkəmə rəsmiləri, universitetlər, gənclər və ticarət birlikləri və sənaye palatalarının nümayəndələrindən seçilirdi.

Daha sonra Müəssislər Məclisinə bağlı Ənvər Ziya Karal və Turhan Feyzioğlunun sədrliyi ilə 20 nəfərlik konstitusiya komitəsi yaradıldı və yeni konstitusiyanın yaradılması işlərinə başlandı. 20 nəfərdən ibarət komitəyə Emin Paksüt, Müammər Aksoy, Turan Günəş, Tarık Zəfər Tunaya, Coşqun Kırca, Amil Artus, Doğan Avcıoğlu, Münci Kapani, Muin Küley, Raqıb Sarıca, Bahri Savcı, Cəlal Səit Tüy Sirən, Mümtaz Soysal, Vədət Vəlidədəoğlu, Əbdülhaq Kamal Yörük, Sadiq Aldoğan, Nurəddin Ardıçoğlu və Hazım Dağlı daxil idi.

Qüvvəyə minməsi 9 iyul 1961-ci ildə qanun ictimai səsverməyə çıxarıldı və iştirak edənlərin 60,4%-i tərəfindən qəbul edildi. 1961-ci il Konstitusiyası referendum yolu ilə qüvvəyə minən ilk Türkiyə konstitusiyası idi. Bundan əlavə, 1961-ci il Konstitusiyası üçün keçirilən bu referendum həm də Türkiyə tarixində ilk referendum idi.

Referendumda 39%-lik etiraz səsi bu konstitusiyanın cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul edilmədiyinin göstəricisi kimi şərh edildi.Kemal Gözler, Türk Anayasa Hukuku, Ekin Kitabevi Yayınları, 2000, (s. 85-92'den alınmıştır) Bunun səbəbləri aşağıdakılar idi: Demokrat Partiyası üzvləri bu çevrilişi öz hakimiyyətlərinə qarşı ədalətsiz çevriliş kimi qiymətləndirdilər və bu çevrilişin nəticəsi olan yeni konstitusiyanı qəbul etmədilər. CHP və Respublikaçı Kəndli Milli partiyaları konstitusiyanın ərsəyə gətirilməsi prosesində fəal rol oynasalar da, DP kənarda qaldı. Demokrat Partiyası və onun varisi olan Ədalət Partiyası həm bu konstitusiyadan əvvəl və sonra da hakimiyyətdə qalmağı bacardı. Lakin, bu konstitusiyadan əvvəl parlament rejiminin səlahiyyətləri geniş idi; sonradan bu səlahiyyətlər müxtəlif dövlət orqanları arasında bölüşdürüldü. Buna görə də Demokrat Partiyasının üzvləri fəaliyyətlərini məhdudlaşdırılmış hiss etdilər.Ergun Özbudun, Türk Anayasa Hukuku (say. 46)

Xüsusiyyətləri Hakimiyyətlərin bölünməsi (qanunvericilik, icra və məhkəmə) müəyyən edildi. Prezident olan şəxsin siyasi partiyası ilə əlaqələrini kəsəcəyi qərara alındı. Plüralist demokratiya prinsipi qəbul edildi. Türkiyə Böyük Millət Məclisi (TBMM) iki palataya: Senat və Milli Məclisə bölündü. Məhkəmə müstəqilliyi təmin edildi. Qəbul edilmiş qanunların konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. Qanunvericilik təfsiri ləğv edildi. Məhkəmə müstəqilliyi təmin edilib. İcra hakimiyyəti və administrasiyanın bütün hərəkətləri və qərarları konstitusiya orqanı olan Dövlət Şurasının nəzarəti altına keçdi. Türkiyə Böyük Millət Məclisi (TBMM) suveren hüquqları həyata keçirən yeganə orqan olmaqdan çıxdı və Konstitusiyada qeyd olunan səlahiyyətli orqanlardan birinə çevrildi. Fərdlərin fundamental hüquq və azadlıqları Konstitusiya ilə təmin edilir. Fundamental hüquqların məhdudlaşdırılması yalnız qanunla və yalnız Konstitusiyaya uyğun olaraq həyata keçirilə bilərdi. "Siyasi partiyalar demokratik həyat üçün vacibdir" müddəası siyasi partiyalar və plüralist strukturlar haqqındakı ilk müddəa idi. Fəhlə və dövlət qulluqçularına həmkarlar ittifaqları yaratmaq və tətil etmək hüququ verildi. Dövlət Planlaşdırma Təşkilatı yaradıldı. Universitetlər və TRT-in (Türkiyə Radio və Televiziya Korporasiyası) özəlləşdirilməsi qərarı verildi. Yerli aidarəetmələrin səlahiyyətləri qismən artırıldı. Əvvəlcədən icazə almadan insanlara birliklər yaratmaq hüququ və nümayiş/etiraz etmək hüququ verildi. Məhkəmə qərarı olmadan yüksək vəzifəli şəxslərin qurumların idarəçiliyindən uzaqlaşdırılması ləğv edildi. Sosial dövlət anlayışı əlavə edildi.Ergun Özbudun, Türk Anayasa Hukuku (say. 39-44)

1971-73-cü illər dəyişiklikləri 1961-ci il Konstitusiyası sonrakı illərdə Ədalət Partiyası (AP) tərəfindən qəbul edilmədi. ƏP siyasətçiləri tez-tez konstitusiyanın dəyişdirilməsinin vacibliyini iddia edərək ölkənin mövcud konstitusiya ilə idarə oluna bilinməyəcəyini iddia edirdilər. Konstitusiyanın liberal məzmunu sayəsində 1960-cı illərdə liberal və sosialist ideyaları yayılmağa başladı və həmkarlar ittifaqı hərəkatları gücləndi. Bu vəziyyətlə barıçmayanlar konstitusiyanı qəbul etməməyə başladılar. 1970-ci illərə doğru siyasi çıxılmaz vəziyyətlərin həll edilə bilməməsi və terror hadisələrinin artması Konstitusiyaya qarşı ittihamları daha da artırdı. Bunun ardınca Türkiyə Silahlı Qüvvələri 32-ci Türkiyə hökumətinə memorandum göndərdi və hökumət istefa verdi. Sonradan bitərəf hökumət qurularaq, 1961-ci il Konstitusiyasına dəyişiklik edildi. Dəyişikliklər Nazirlər Şurasına, qanunun qüvvəyə minməsi ilə bağlı fərman vermək səlahiyyəti verildi. Nazirlər Şurasının vergi və rüsumlarla bağlı səlahiyyətləri artırıldı. Özəl Universitetlərin sayı azaldıldı; TRT (Türkiyə Radio və Televiziya Korporasiyası) dövlət kanalı oldu. Dövlət qulluqçularının həmkarlar ittifaqı hüquqları ləğv edildi. Bütün tərəflərin Konstitusiya Məhkəməsində ləğv iddiaları qaldırmaq hüququ Türkiyə Böyük Millət Məclisindəki partiyalarla məhdudlaşdırıldı. Hüquq və azadlıqların məhdudlaşdırılması üçün zəruri olan şərtlər azaldıldı. Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti ilə bağlı məhkəmə prosesləri Dövlət Şurasının yurisdiksiyasından çıxarıldı və bu proseslərin aparılması Hərbi Ali İnzibati Məhkəməyə verildi.Kemal Gözler, Türk Anayasa Hukuku, Ekin Kitabevi Yayınları, 2000, (s. 88-92'den alınmıştır)

Xitam verilməsi

12 sentyabr 1980-ci ildə Türkiyə Silahlı Qüvvələri Böyük Millət Məclisinin öz vəzifələrini yerinə yetirə bilməməsi və ölkədə təhlükəsizliyin olmaması, "əmrlə " hərəkət etdiyini əsas gətirərək hakimiyyəti ələ keçirdi. Milli Təhlükəsizlik Şurası yaradıldı.

Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən "Konstitusiya Quruluşu haqqında" Qanunun qəbul edilməsi ilə 1961-ci il Konstitusiyasına rəsmi olaraq xitam verildi: Konstitusiyaya görə, Respublikanın Böyük Millət Məclisi, Parlament və Senatının müəyyən edilmiş səlahiyyətləri 12 sentyabr 1980-ci ildən etibarən müvəqqəti olaraq Milli Təhlükəsizlik Şurası tərəfindən yerinə yetirilir. Prezidentə məxsus olan vəzifə və səlahiyyətlər Milli Təhlükəsizlik Şurasının sədri tərəfindən yerinə yetirilir və həyata keçirilir. Milli Təhlükəsizlik Şurasının bəyannamə və qərarlarında yer alan müddəalar, eləcə də Şura tərəfindən qəbul edilib dərc edilmiş və 9 iyul 1961-ci il Konstitusiyasının müddəalarına uyğun olmayan qanunlar konstitusiya dəyişiklikləri kimi qüvvəyə minir; mövcud qanunlara uyğun olmayan müddəalar dəyişdirilərək dərc olunduqları tarixdən qüvvəyə minirlər.Ergun Özbudun, Türk Anayasa Hukuku (say. 52)

Həmçinin bax Türkiyə Respublikasının Konstitusiyası İstinadlar

Kateqoriya:Türkiyə konstitusiyası