Konqa — Kuba zərb musiqi aləti. Onlar hündür, dar, lülə formalı baraban formasında olurlar. Konqanun üç növü var: quinto (yüksək), tres və ya sadəcə conqa (orta), tumba və ya salidor (aşağı). Konqalar əvvəlcə konqa və rumba musiqisində istifadə olunsa da, sonradan Afro-Kuba cazı, salsa və Latın roku kimi Latın Amerikası musiqi janrlarına keçib.

Müasir konqaların əksəriyyəti taxta və ya şüşə lifdən hazırlanmış çərçivəyə malikdir və üzərinə dəri çəkilir. Konqalar adətən təxminən 75 sm hündürlükdə olur və 23-33 sm diametrə malikdirlər. Onlar adətən iki-dörd ifaçıdan ibarət qruplarda oturaraq oynanılır, lakin ayaq üstə oynamaq üçün dayağa da quraşdırıla bilər. İstinadlar

Ədəbiyyat Cruz, Tomás, with Kevin Moore (2004). The Tomás Cruz Conga Method v. 3. Pacific, MO: Mel Bay.

Mauleón, Rebeca (1993). Salsa Guidebook for Piano and Ensemble. Petaluma, California: Sher Music. . Peñalosa, David (2011). Rumba Quinto. Redway, CA: Bembe Books.

Xarici keçidlər

Introduction to the Conga Drum at the Drum Dojo Plans to build your own conga drum. Percussion Conga Anatomy.

Kateqoriya:Zərb musiqi alətləri