Şekere — İdiofon zərb musiqi aləti. Afrika musiqisində istifadə edilən bu alət, Karib musiqisində də məşhurdur. Alətin gövdəsi qurudulmuş adi suqabağından, müasir istehsalçılar isə şüşə lifdən hazırlayırlar. Alətin xarici hissəsi fərqli bir səs verən muncuqlar və ya toxumlar olan torla örtülmüşdür.
Musiqiçi aləti əyilmiş qolları ilə qarşısında, böyük hissəsini sağ əlində (sağ əlli ifaçılar üçün), sol əlini isə dar ucunda saxlayır. Şeker müxtəlif yollarla ifa edilə bilər, vurmaq, silkələmək və fırlatmaq. Onun musiqi imkanları oxşar marakaların imkanlarından daha genişdir.
İstinadlar
Xarici keçidlər
Video of this instrument being played
Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Kokos palmaları