Gela Vasadze (; 27 sentyabr 1968, Odessa) — Gürcüstanlı tanınmış politoloq, publisist, "Qafqaz xəbərləri" () YouTube kanalının müəllifi və aparıcısı.

Həyatı və fəaliyyəti 27 sentyabr 1968-ci ildə Odessada doğulmuşdu, gürcüdür.

Kazan Dövlət Universitetində təhsil almışdı, sosial-siyasi elmləri magistri dərəcəsi almışdı.

Gürcüstanda Qızılgül inqilabının fəal iştirakçısı idi. Qeyri-hökümət və kommersiya sektoru strukturlarında, icra hakimiyyəti sistemində çalışmışdı. 2004-2005 illərdə Batuminin Vitse-meri olmuşdu.

Hal hazırda Tbilisidə yaşayır. "Qafqaz xəbərləri" () YouTube kanalının müəllifi və aparıcısıdır. Bu kanalda Fərhad Məmmədov, Rizvan Hüseynov, Rasim Musabəyov, Eldar Namazov, Tofiq Zülfüqarov, Heydər Mirzə, Ramiz Yunus çıxış ediblər.

Birinci, İkinci və Üçüncü Şuşa Qlobal Media Forumlarının iştirakçısıdır.

İstinadlar

Kateqoriya:Kazan Dövlət Universitetinin məzunları