"The Story of Us" () – Yaponiya müğənnisi Milet tərəfindən buraxılmış sinql. "SME Records" tərəfindən 16 yanvar 2026-cı ildə rəqəmsal formatda buraxılmışdır. 2026-cı ildə yayımlanan "Frieren: Beyond Journey's End" animesinin 2-ci mövsümünün bağlanış mahnısıdır.
Buraxılış 2024-cü ilin noyabrında "Frieren: Beyond Journey's End" anime serialının ikinci mövsümünün treyleri buraxılmışdır. Treylerdə Milet tərəfindən ifa olunan "The Story of Us" mahnısından bir parça yer almışdır. Milet daha öncə "Frieren" animesinin ilk mövsümü üçün "Anytime Anywhere" və "Bliss" adlı iki bağlanış mahnısı ifa etmişdir. Hər iki mahnı da müğənninin "Anytime Anywhere" adlı doqquzuncu minialbomuna daxil edilmişdir.
9 yanvar 2026-cı ildə Milet "The Story of Us" mahnısı üçün rəqəmsal və fiziki buraxılışların tarixini açıqlamışdır. Mahnı 16 yanvar 2026-cı ildə rəqəmsal formatda buraxılmışdır. Fiziki buraxılış üçün tarix 4 mart 2026-cı il göstərilmişdir. Fiziki buraxılışın üç versiyası mövcuddur: adi nəşr, məhdud nəşr və anime dizaynı versiyası. Məhdud və anime dizaynı versiyalarına musiqi kliplərinin yer aldığı bonus Blu-ray diski daxildir.
Musiqi videosu "The Story of Us" mahnısı üçün musiqi klipi mahnının rəqəmsal buraxılışından bir neçə saat sonra müğənninin "YouTube" kanalında buraxılmışdır. Video Miletin kukla teatrında iki kukla ilə oynaması ilə başlayır. Video davam etdikcə o, şəhərdən qıraqda yerləşən qəsəbəni və kitabxananı gəzir. Videonun sonunda xarabalıqları ziyarət edir. Klipin çəkilişləri Çexiyada baş tutmuş, 10 fərqli məkandan istifadə edilmişdir. Çəkilişlər üç gün davam etmişdir.
Trek siyahısı CD sinqlı – standart və məhdud nəşr
"The Story of Us" "Trace" "Anytime Anywhere" (piano sessiyası)
CD sinqlı – anime dizaynı versiyası
"The Story of Us" "Trace" "The Story of Us" (anime versiyası) "Trace" (qısa versiya) "Anytime Anywhere" (A.Gt sessiyası)
Blu-ray – anime dizaynı versiyası
"The Story of Us" (klip) "Bluer" (klip) "Anytime Anywhere" (klip) "Anytime Anywhere" ("Stairs Tour"dan canlı) "The Story of Us" (səhnəarxası görüntülər) "Anytime Anywhere" (səhnəarxası görüntülər)
İstinadlar
Kateqoriya:Frieren Kateqoriya:2026-cı ilin mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:Anime mahnıları Kateqoriya:Yapon dilində mahnılar