Ser Çarlz Sentli (; ) — bravura texnikasına malik ingilis opera və oratoriya baritonu. Viktoriya dövrünün ən görkəmli ingilis baritonu və kişi konsert müğənnisi olmuşdur. Onun karyerası "tarixin qeyd etdiyi ən uzun, ən görkəmli və ən çox yönlü vokal karyerası" adlandırılıb.
Sentli Böyük Britaniya və Şimali Amerikada bir çox böyük opera və oratoriya tamaşalarında çıxış etmiş və çoxsaylı konsertlər vermişdir. 1857-ci ildə İtaliyada vokal təhsili aldıqdan sonra debüt edən o, bəzən xarici səfərlər istisna olmaqla, ömrünün qalan hissəsini İngiltərədə keçirməyi seçmişdir. Səhnə karyerasının ən yaddaqalan məqamlarından biri 1870-ci ildə Londonda ilk Vaqner operası olan "Uçan Hollandiyalı"nın Drury Lane teatrında səhnələşdirildiyi zaman baş vermişdir. Sentli gəlirli konsert dairəsinə diqqət yetirmək üçün 1870-ci illərdə operadan təqaüdə çıxmışdır.
Santley həmçinin vokal texnikası haqqında kitablar və iki cilddə xatirələr yazıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:28 fevralda doğulanlar Kateqoriya:1834-cü ildə doğulanlar Kateqoriya:Liverpulda doğulanlar Kateqoriya:22 sentyabrda vəfat edənlər Kateqoriya:1922-ci ildə vəfat edənlər Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə musiqiçilər Kateqoriya:Baritonlar Kateqoriya:Cəngavər bakalavrları