Polikarp Kuş (; ) — alman-amerikan fizik. Elektron maqnit momentinin nəzəri dəyərindən daha böyük olduğunu dəqiq müəyyən etdiyinə görə 1955-ci ildə Fizika üzrə "Nobel" mükafatını Uillis Lemb ilə bölüşmüşdü və bu da kvant elektrodinamikasında yenidən baxılmasına və yeniliklərə səbəb olmuşdur.
Erkən həyatı və təhsili
Kuş Almaniyanın Blankenburq şəhərində lüteran missioneri Con Matias Kuş və həyat yoldaşı Henrietta van der Haasın ailəsində anadan olmuşdur. 1912-ci ildə Kuş və ailəsi ABŞ-a mühacirət etmiş və 1922-ci ilə qədər orada vətəndaşlıq almışdır. Orta Qərbdə ibtidai məktəbi bitirdikdən sonra Kuş Ohayo ştatının Klivlend şəhərindəki Keys Texnologiya İnstitutunda (indiki Keys Vestern Rezerv Universiteti kimi tanınır) fizika ixtisası üzrə təhsil almışdır. 1931-ci ildə Case Western Reserve Universitetini bakalavr dərəcəsi ilə bitirdikdən sonra Kuş Urbana-Şampeyn İllinoys Universitetinə daxil oldu və 1933-cü ildə magistr dərəcəsini aldı. Təhsilini eyni təhsil ocağında davam etdirərək F. Uiler Lumisin rəhbərliyi altında doktorluq dərəcəsi aldı və "Sezium və Rubidiumun Molekulyar Spektri" adlı dissertasiyasını müdafiə etdikdən sonra 1936-cı ildə oranı bitirdi. 1935-ci ildə Minnesota Universitetinə köçməzdən əvvəl Kuş sevgilisi Edit Starr MakRoberts ilə evləndi. Onların birlikdə üç qızı oldu.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:26 yanvarda doğulanlar Kateqoriya:1911-ci ildə doğulanlar Kateqoriya:20 martda vəfat edənlər Kateqoriya:1993-cü ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Urbana-Şampeyn İllinoys Universitetinin məzunları Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər