Şahzadə Henri (; ) — Böyük Britaniya kralı V Corcun üçüncü oğlu, Britaniya monarx ailəsinin üzvü. Eyni zamanda VIII Eduard və VI Corcun qardaşı, II Elizabetin isə əmisidir. 1945-1947-ci illərdə Avstraliyanın general-qubernatoru kimi xidmət etdi.
Həyatı 31 mart 1900-cü ildə saat 7:30 radələrində Norfolkdakı Sandrinqem sarayında dünyaya gəldi. York hersoqu Şahzadə Corcun və xanımı Mariya Tekin üçüncü oğlu idi. Doğulduğu əsnada atasının nənəsi olan Kraliça Viktoriya hələ də səltənətdə idi və babası, atası və iki böyük qardaşının ardından taxt sıralamasında beşinci yeri tuturdu. 17 mayda Vindzor sarayında keçirilən mərasimlə vəftiz edildi.
Hələ 1 yaşında ikən 1901-ci ildə babası VII Eduard, 10 yaşında ikən 1910-cu ildə isə atası V Corc taxta çıxdı. Uşaqlıq illəri xəstəliklərlə keçdi. Belə ki, səhhəti olduqca həssas idi. Üstəlik qardaşı Şahzadə Albertdə zəif görülən pəltəklik onda aydın şəkildə hiss olunurdu. Özünə qapanıq olması səbəbilə atasının istəyilə normal məktəbdə təlim-tərbiyə gördü. Beləcə, məktəbdə təhsil alan ilk Britaniya şahzadəsi oldu. Məktəb illərində idmanla məşğul oldu və 1913-cü ildə İton kollecinə, 1919-cu ildə isə Kembricdəki Triniti kollecinə daxil oldu. Ardından 10-cu Krallıq Süvari alayında zabit olaraq xidmətə başladı. Ancaq krallıq vəzifələri səbəbilə hərbi xidməti tez-tez yarımçıq qaldı. 31 mart 1928-ci ildə atası tərəfindən Qloster hersoqu ünvanı aldı. Həmin il Kanadaya və Keniyaya siyasi səfərlər etdi. 1928-ci ildə baş tutan Keniya gəzintisində tanış olduğu evli bir xanımla eşq yaşaması sarayda etirazla qarşılandı. Sarayı bu münasibəti ifşa etməklə hədələməsinin ardından, həmin xanıma illik 500 sterlinq maaş bağlanaraq məsələ örtbas edildi.
6 noyabr 1935-ci ildə ailəsinin təzyiqiylə Leydi Alis Montakyuyla evləndi və bu nigahdan 2 oğlu dünyaya gəldi.
Şahzadə Vilyam (18 dekabr 1941 - 28 avqust 1972), pilot idi və keçirdiyi aviaqəzada həlak oldu. Evlənmədi və övladı olmadı. Şahzadə Riçard (26 avqust 1944), Qloster hersoqu
1945-1947-ci illərdə Avstraliyanın general-qubernatoru kimi xidmət etdi. Bu vəzifəni tutan ilk Britaniya şahzadəsi oldu. 1952-ci ildə qardaşı qızı II Elizabetin taxta çıxmasına şahidlik etdi. Onun səltənətində də xanımıyla birlikdə bir çox rəsmi tədbirdə və mərasimdə iştirak etdi. 1965-ci ildən etibarən keçirdiyi iflic səbəbilə nisbətən skait həyata çəkildi və 1974-cü ildəki ölümünün ardından sahib olduğu Qloster hersoqu ünvanı həyatda qalan yeganə oğlu Riçarda keçdi.
V Corc və Mariya Tekin ən gec vəfat edən övladı olan Şahzadə Henrinin xanımı Leydi Alis Montakyu də 102 yaşında vəfat etdi və Britaniya monarx ailəsinin ən uzun yaşayan üzvü kimi qeydə alındı.
Qalereya
Mənbə
Ədəbiyyat
Edwards, Anne Edwards, Anne (1984). Matriarch. William Morrow. p. 195. ISBN 0688035116 Van der Kiste, John (2003). George V's children. Sutton Publishing LTD. ISBN 0750934689 Aronson Aronson, Theo (2014). The Royal Family at War. England. ISBN 978-1910198032 Corbitt, Frederick John (1956). My Twenty Years in Buckingham Palace: a book of intimate memoirs. New York: David McKay Company Inc. ISBN 1258094002 Frankland, Noble (1975). Prince Henry Duke of Gloucester. England. ISBN 029777705X Cadbury, Deborah (2015). Princes at War. England. ISBN 978-1610394031 Bloch Bloch, Michael (2012). The Secret File of the Duke of Windsor. England. ISBN 978-0349001081 Bedell Smith, Sally (2023). George VI and Elizabeth: The Marriage That Shaped the Monarchy. Random House. p. 84. ISBN 978-0241638231 Duchess of Gloucester, Princess Alice (1983). The Memoirs of Princess Alice, Duchess of Gloucester (Hardcover ed.). London: Harper Collins. ISBN 9780002166461 Lovell, Mary S. (2012). Straight on Till Morning: The Life of Beryl Markham. Hachette UK. ISBN 978-1405517904 P. Galloway, D. Stanley, D. Martin (1996), Royal Service, volume 1, pp. 209–212 (London: Victorian Publishing, ISBN 0-9528527-0-5 M. & B. Wattel (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers (in French). Paris: Archives & Culture. p. 463. ISBN 978-2-35077-135-9 Per Nordenvall (1998). "Kungl. Maj:ts Orden". Kungliga Serafimerorden: 1748–1998 (in Swedish). Stockholm. ISBN 91-630-6744-7
İstinadlar Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:Almanəsilli Britaniya şəxsləri Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:Birləşmiş Krallıq şahzadələri