thumb|Rusiyada yerləşən bir pravoslav kilsəsi
Şərq xristianlığı — Xristianlığın Şərq Pravoslav Kilsəsi, Qədim Şərq pravoslav kilsələri (Oryental), Şərqi Aşşur Kilsəsi və Şərqi Katolik Kilsələri tərəfindən formalaşdırılan qolu. Bu termin Qərb xristianlığına əks olaraq istifadə edilir. Balkanlar, Şərqi Avropa, Kiçik Asiya, Yaxın Şərq, Afrika, Hindistan və Uzaq Şərqin bəzi regionlarında əsrlər boyu inkişaf etmiş xristianlıq ənənələrini və kilsələrini ifadə edir. Bu anlayış tək bir dini icmanı (kommunionu) və ya vahid dini ənənəni ifadə etmir. Bəzi Şərq kilsələri teoloji və tarixi baxımdan bir-birindən daha çox Qərb xristianlığına oxşayırlar.
Bu kontekstdə "Şərq" və "Qərb" anlayışları xristian kilsəsi daxilindəki Ellinistik Şərq ilə Latın Qərbi arasındakı mədəni fərqlərə, eləcə də zəif Qərbi Roma ilə güclü Şərqi Roma (Bizans) imperiyaları arasındakı siyasi fərqlərə istinadən işlədilir. Şərqdəki ən güclü kilsənin Şərq Pravoslav Kilsəsi olmasına görə "Pravoslav" (Ortodoks) sözü çox vaxt məhz bu kilsəni bildirmək üçün istifadə olunur və "Şərq" sözü ikinci plana keçmişdir.
Termin
"Şərq" adlandırılması onunla əlaqədardır ki, qədim Şərq liturgik ayinlərini və ənənələrini hifz edib saxlayan bu xristianlıq istiqamətləri tarixi olaraq Şərqi Roma imperiyası ərazisində, Şərqi Avropada (Erməni Həvari kilsəsi və Gürcü Pravoslav Kilsəsi) və ya Yaxın Şərqdə (Şərq Kilsəsi) yaranmışdır.
Bir qayda olaraq, bu konfessiyaların nümayəndələri özlərini "şərq xristianları" adlandırmırlar. Bu termin daha çox Qərb xristianlığı ardıcılları, həmçinin dinşünaslar və xristianlıq tarixini öyrənən mütəxəssislər tərəfindən istifadə olunur. Öz rəsmi sənədlərində həm Qərb, həm də Şərq kilsələri özlərini "ekumenik" (ümumdünya/katolik) adlandırırlar.www.nntu.ru ИСТОРИЯ РЕЛИГИЙ Учебное пособие
Şərq xristianlığının əsas teoloji məsələləri
Hələ 1054-cü ildə baş vermiş rəsmi kilsə parçalanmasından (Böyük Sxizma) çox əvvəl, Məsih ardıcılları arasında vəhdət tədricən zəifləməyə başlamışdı. Qərb və şərq ərazilərində yaşayan xristianlar öz baxışlarında getdikcə daha çox ziddiyyətlərlə qarşılaşırdılar. Bundan əlavə, şərq kilsəsinin daxilində də tam vahidlik yox idi.
Dövrün ən mühüm ilahiyyat məsələsi Məsihin ilahi və bəşəri təbiətlərinin birləşmə tərzi ilə bağlı mübahisə idi. Şərq xristianlarının bir hissəsi (monofizitlər) iddia edirdi ki, İsa insan cildinə girməsinə baxmayaraq, o, yenə də yalnız İlahi mahiyyətə malikdir. Yəni İsanın insanlar dünyasına tam daxil olması ideyası rədd edilir, onun bəşəri tərəfi kiçildilirdi. Bu ideyanın rəqibləri (diofizitlər) isə iddia edirdilər ki, bəşəriyyətin xilası üçün Məsihdə həm bəşəri, həm də İlahi təbiət bərabər dərəcədə birləşmişdir.
İyerarxiya
Qərb kilsəsindən fərqli olaraq, pravoslavlığın vahid idarəetmə mərkəzi (məsələn, Roma Papası kimi mütləq hakimiyyət orqanı) yoxdur.
Pravoslavlığa ümumi dindarlarının sayı 150 milyon olan 15 müstəqil (avtokefal) kilsə daxildir. Bunlar arasında ən böyüyü və nüfuzlusu Rus Pravoslav Kilsəsidir.
Hər bir pravoslav kilsəsinin başında Yerli şura () tərəfindən seçilən patriarx dayanır. Patriarx kilsələrarası əlaqələri həyata keçirir, yeparxiya arxiereylərinin fəaliyyətinə nəzarət edir, titullar və ali kilsə mükafatları verir, həmçinin mərkəzi kilsə idarəetməsinin bütün müəssisələrinə nəzarət edir.
Patriarxın yanında daimi və müvəqqəti üzvlərdən ibarət Müqəddəs Sinod fəaliyyət göstərir.
Pravoslav kilsələri yeparxiya arxiereyləri tərəfindən idarə olunan yeparxiyalara bölünür. Yeparxiyalar öz növbəsində dairələrə () ayrılır. Pravoslav kilsəsinin ən aşağı təşkilati vahidi dindarların ümumi yığıncağında seçilmiş kilsə şurası tərəfindən idarə olunan prixoddur (icmadır).
Pravoslav kilsələrinin iyerarxiyası (Diptix)
Pravoslavlıqda vahid inzibati mərkəz yoxdur. Müstəqil kilsələr bir-biri ilə "Diptix" adı verilən şərəf iyerarxiyasına uyğun olaraq əlaqə saxlayırlar. Bu siyahı kilsələrin tarixi qədimliyi və nüfuzuna əsaslanır. Hazırda dünyada 15 tanınmış avtokefal (tam müstəqil) pravoslav kilsəsi mövcuddur.
№ Kilsənin adı Rəhbərin titulu Mərkəzi Qeydlər 1 Konstantinopol Pravoslav Kilsəsi Ekumenik Patriarx İstanbul, Türkiyə "Bərabərlər arasında birinci" (Primus inter pares) sayılır. 2 Aleksandriya Pravoslav Kilsəsi Papa və Patriarx İsgəndəriyyə, Misir Bütün Afrika ərazisi bu kilsənin yurisdiksiyasına daxildir. 3 Antioxiya Pravoslav Kilsəsi Patriarx Dəməşq, Suriya Tarixi mərkəzi Antakiya olsa da, hazırda Dəməşqdə fəaliyyət göstərir. 4 Yerusəlim Pravoslav Kilsəsi Patriarx Yerusəlim, İsrail/Fələstin Xristianlığın ən qədim kilsəsi ("Kilsələrin anası") hesab olunur. 5 Rus Pravoslav Kilsəsi Moskva və bütün Rusiyanın Patriarxı Moskva, Rusiya Dindarlarının sayına görə dünyada ən böyük pravoslav kilsəsidir. 6 Gürcü Pravoslav Kilsəsi Katolikos-Patriarx Tbilisi, Gürcüstan IV əsrdə yaradılmış qədim kilsələrdən biridir. 7 Serbiya Pravoslav Kilsəsi Patriarx Belqrad, Serbiya Keçmiş Yuqoslaviya ərazisindəki pravoslavları birləşdirir. 8 Rumıniya Pravoslav Kilsəsi Patriarx Buxarest, Rumıniya Dindarlarının sayına görə Rusiya kilsəsindən sonra ikinci yerdədir. 9 Bolqar Pravoslav Kilsəsi Patriarx Sofiya, Bolqarıstan 1953-cü ildə patriarxlıq statusunu bərpa etmişdir. 10 Kipr Pravoslav Kilsəsi Baş yepiskop Nikosiya, Kipr 431-ci ildə Efes Şurasında avtokefallığı tanınmışdır. 11 Yunanıstan Pravoslav Kilsəsi Afina və bütün Elladanın Baş yepiskopu Afina, Yunanıstan Dövlət tərəfindən rəsmən tanınan milli kilsə statusundadır. 12 Albaniya Pravoslav Kilsəsi Tirana və bütün Albaniyanın Baş yepiskopu Tirana, Albaniya Kommunist rejimindən sonra 1992-ci ildə yenidən bərpa edilmişdir. 13 Polşa Pravoslav Kilsəsi Varşava və bütün Polşanın Mitropoliti Varşava, Polşa Əsasən ölkənin şərqindəki pravoslav azlıqları təmsil edir. 14 Çexiya və Slovakiya Pravoslav Kilsəsi Mitropolit Praqa / Preşov 1951-ci ildə Moskva Patriarxlığı tərəfindən avtokefallıq alıb. 15 Ukrayna Pravoslav Kilsəsi Kiyev və bütün Ukraynanın Mitropoliti Kiyev, Ukrayna 2019-cu ildə Konstantinopol tərəfindən Tomos verilmişdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Julius Assfalg (ed.), Kleines Wörterbuch des christlichen Orients, Wiesbaden 1975.
Michelson, David Allen. (2022).The Library of Paradise: a History of Contemplative Reading in the Monasteries of the Church of the East. Oxford University Press.
Xarici keçidlər
Eastern Christian Churches Eastern Catholics Information concerning Christians of Eastern rites who are in communion with, and under the jurisdiction of, the Pope, the Bishop of Rome. Byzantine Chant Studies Page The Greek Orthodox Church in Canada OrthodoxWiki Sample of Melkite Chant in English
Fellowship and Aid to the Christians of the East
Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Şərqi xristianlıq Kateqoriya:Xristianlıq tarixi