Tırınqı — xalq nəğməsi. El-oba arasında qürbət nəğmələri kimi tanınıb. Quruluşca qoşmalara oxşasa da, onlardan xeyli fərqlənir, əsasən qəmli aşıq havaları üstə oxunurT. Səmimi, A. Hüseynov. Qərbi Azərbaycandakı izimiz, sözümüz. 348 səh.https://folklor.az/uploads/research/files/Qerbi_Azerbaycandaki_Izimiz_Sozumuz1705478902.pdf . Ağbaba musiqi folklorunda geniş yayılmış musiqi janrlarından biri tırınqılardır. Tırınqı mətn quruluşlarının təhlilləri onu göstərir ki, tırınqılar əsasən xalq mahnılarının formalaşıb inkişaf etməsində xüsusi rol oynamışdır. Bu şeir janrı əsasında olan nəğmələr (tırınqılar əvvəllər musiqisiz olub, hər-hansısa qaba vura-vura oxunulurmuş https://www.youtube.com/watch?v=Tt5IlWUMAZI TACİR SƏMİMİ --Nanaylar, Tırınqılar haqqında gözəl veriliş. Tırınqılar mərasim nəğmələri olub əsasən toy-düyünlərdə ifa olunardı. Tırınqılar toy-düyünlərdə oxunduğu üçün onun əsas bəndindən sonra gələn iki misralı nanayı əksər hallarda toya yığışmış kütlə xor şəklində oxuyardı. Ucqar kəndlərdə isə həmin nanayı bir və ya bir neçə adam oxumaqla məclisi yola verərdilərMirzəyeva G.Tırınqı və Nanayların melo-poetik xüsusiyyətləri (AĞBABA MATERİALLARI ƏSASINDA). Bakı-2013. https://aak.gov.az/upload/dissertasion/sen/sen_n_mga_20_12_13.pdf.

Tırınqılar əsasən kənd əhalisinin kompakt yaşadığı ərazilərdə geniş yayılmışdır. Onlar adətən toylarda, məişət mərasimlərində, uzun sürən payız və qış gecələrində keçirilən məclislərdə ifa edilərdi. Azərbaycanın qərb ərazilərində (əsasən İrəvan, Qafan, Ağbaba, Çıldır-Qars, Qarakilsə, Dərələyəz ərazilərində) yayşayan peşəsi əkinçi və maldarlıq olan əhali arasında bu musiqi folkloru nümunələrinin geniş yayılması qeydə alınmışdır. Folklorşünas alimlər tırınqıların mətnlərini tədqiqata cəlb etsə də musiqişünaslarımız bu unikal folklor nümunələrini musiqişünaslıq baxımından araşdırmamışlar. P.Əfəndiyev, İ.Abbaslı, A.Nəbiyev, M.Allahmanlı, R. Rüstəmzadə, S.Paşayev, Ağbabalı İskəndər, A.Bayramov, Tacir Qurbanov və b. bu janrların folklorumuzda xüsusi əhəmiyyət kəsb etməsini qeyd edir....

Tırınqıların ifa üslubu formaca xalq mahnılarının ifa formasına daha yaxın olub onların melo-poetik strukturunun formalaşmasına öz müsbət təsirini göstərmişdirr.

Etimologiyası

Tırınqı sözünün etimologiyası bu nəğmələr oxunarkən tənəkə əşyalara vurulan ritmik zərbələrin çıxardığı səslə – "tırınq" səsinin təqlidi ilə bağlıdır. Başqa sözlə, "tırınq" səsinin yamsılanması yolu ilə yaranan tırınqı termini janrın adı kimi formalaşmışdır. "Tırınqı qoşmaq" ifadəsi də buradan əmələ gəlmişdir. Tırınqı məclisləri XX əsrin 30-cu illərinədək tez-tez keçirildiyindən tırınqı ustad aşıqların yaradıcılığında da özünə yer tapmışdıLalə Cəfərova.Qərbi Azərbaycanda xalq musiqi ənənələri.səh.193.“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda Respublika Elmi Konfransının materialları.Bakı, 2024. – 290 səh.https://folklor.az/uploads/research/files/KITAB-QERBI_AZERBAYCAN-KONFRANS-02.10.2024_son17290795411731097094.pdf.

Tırınqı məclisləri qədimlərdən ta XX yüzilliyin 30-cu illərinədək Ağbaba ərazisində keçirilmişdir. Adətən, bu məclislər də aşıq məclisləri kimi daraba otaqda keçirilirdi. Ağbabanın hər bir kəndində bir neçə daraba otaq olurdu. Tırınqılar Aşıq Qərib Həsən, Aşıq Heydər, Aşıq Nəsib, Aşıq Məhərrəm, Aşıq Əli, Aşıq Əbdül, Aşıq Alışan, Xudamədəd, Çoban Əli, Çorlu Məhəmməd, kimi el sənətkarlarının yaradıcılığında da mühüm yer tutur. Təbii ki, bunu Gümrü aşıqlarının (Gümrülü Aşıq Tüccar, Gümrülü Aşıq Ələsgər, Aşıq Əhməd, Aşıq Haqverdi, Tomar Həsən, Tümənoğlu və b.) yaradıcılığında da rast gəlinir. Tədqiqatlar göstərir ki, bu xalq nəğmələri təxminən XIII-XIV yüzilliklərdə meydana gəlmişdir. Daha doğrusu, bu yüzilliklərdən başlayaraq Azərbaycan ərazisi yadelli işğalçıların müdaxilələrinə məruz qalmışdır. Tacir Səmimi. Sözüm-söhbətim Ağbaba. Bakı, UniPrint, 2026.səh.278.42-ci səhifə. Hülakilər dövründə, xüsusilə Çoban Məlik Əşrəfin ağalığı vaxtı Azərbaycandan adamlar zülm-məşəqqətlərdən baş götürüb başqa ərazilərə köçməyə məcbur olmuşdular ASE, XI cild, Bakı, 1982, s. 261. Yurd itkisi, didərginlik adamlarda olduqca kövrək duyğular yaratmışdı. Bunun təsiri ilə el sənətkarları yeni-yeni tırınqılar yaratdılar. Tırınqılar adətən üç bənddən ibarət olub, 11 hecalıq qoşmalara oxşayır, amma möhürbənddə müəllifin adı çəkilmir. Bu xalq nəğmələri qoşmaya oxşasa da özünəməxsus struktura malikdir. Topladığımız tırınqıları diqqətlə nəzərdən keçirəndən sonra bu şeir növünün üç əsas əlamətini müəyyən etdik. Birinci əlamət: birinci, ikinci və üçüncü bəndlərin birinci misrasında iki və daha artıq söz təkrar olunur. İkinci əlamət: qafiyə quruluşu birinci bənddə aaab, ikinci bənddə qqqb, üçüncü bənddə dddb şəklindədir. Üçüncü əlamət: birinci bəndin dördüncü misrası ikinci və üçüncü bəndin dördüncü misrasında təkrar olunurT.S. Tırınqılar şifahi xalq ədəbiyyatının janrı kimi. “Dədə Qorqud” dərgisi. Bakı: Tacir Səmimi Sözüm-söhbətim Ağbaba – 41 – Nurlan, 2005/1, s. 85. Tırınqıları əsasən “Atüstü”, “Ağbaba atüstü”, "Qaraçı", "Yurd yeri" kimi saz havaları üstə oxuyurdular. Adətə görə saz havalarına bələd olmayanlar tırınqı oxuya bilməzdilər. Sovet hökuməti yaranandan, Qars müqaviləsindən sonra tırınqılarda yeni bir motiv də görünməyə başladı. Bu da Çıldır-Qars həsrəti motividir. Çünki sərhədlər bağlandı. Bu Sovet hökuməti 1956-cı ildə hər tərəfini tikanlı məftillər çəkilmiş dirəklərlə möhkəmlətdi, bir növ sərhədlərə dəmir pərdə çəkildi.

Gözümün önündə qalıb o günlər, Kim səsim eşidər, kim məni dinlər. Kefcil kef eyləyər, dərd çəkən inlər, Mənimki də belə gəlif, neynəyim. Gözümün önündə sərhəd dirəyi, Ayrılıqla həsrət sökür ürəyi.

Dolanır dalımca ölüm mələyi, Mənimki də belə gəlif, neynəyim. Gözümün önündə sinor dərəsi, Yazda gül-çiçəkdi bəndi-bərəsi.

Ac qurda bənzəyir dərdin yörəsi, Mənimki də belə gəlif, neyləyim.Tacir Səmimi. Sözüm-söhbətim Ağbaba. Bakı, UniPrint, 2026.səh.278.42-ci səhifə.

Sinorun qırağı qəbirnən dolu, Bura çox düşübdü mərdlərin yolu. Mən də bir bəndəyəm, Allahın qulu, Sinor qırağında öləydim mən də. Sinorun qırağı çisir, dirəkdi, Bu həsrət, ayrılıq nəyə gərəkdi. Çıldırın həsrəti qəlbə qəm əkdi, Sinor qırağında öləydim mən də. Sinorun qırağı qandı, qadadı, Burda tutur məni həsrətin badı. Sinoru çəkənin bataydı adı, Sinor qırağında öləydim mən də.

Məclislərdə daha istedadlı el şairlərinin qabiliyyəti ortaya çıxır və onlar ellikcə tırınqı ustası kimi qəbul olunurdu. Bölgədə Aşıq Nəsibin, Aşıq Əbdülün, el şairləri Yetim Tapdığın, Yetim Əsgərin və başqalarının gözəl tırınqılar qoşub oxuduqları məlumdur. İrəvan yoluynan gələn bəzirgan, Halımı gözümdən bilən bəzirgan, Axan göz yaşımı silən bəzirgan, O eldən-obadan varmı bir xəbər?Azərbaycan folklor antologiyası, VIII kitab (Ağbaba folkloru)//Tərtib edənlər:H.İsmayılov,T.Qurbanov, B.:Səda, 2003, 261 s.

Bu tırınqınn müəllifi Yetim Tapdıqdır. Yetim Tapdıq 1885- ci ildə İrəvan şəhərinin Təpəbaşı məhəlləsində anadan olub. 1905- 1907-ci illlərdə baş vermiş erməni vəhşətindən dolayı Ağbaba bölgəsinin Xozu kəndinə köçmüşdü. El-oba arasında el şairi kimi tanınmışdır. Yetim Tapdığa yaşlılar söz ustası deyirmişlər. El şairinin indiyə qədər beş tırınqısı, bir aşıq rəvayəti çap edilmişdi.

İrəvan tırınqısı Bir quşa dönəydim, uçaydım geri, Bir də dolanaydım o doğma yeri. İrəvan deyilən, bəridir, bəri, Tanrı, özün yetir o yurda məni!

Tınqırıların kökünü qıdimlərə bağlayan digər tədqiqatçılar isə Altay şamançılığında ayinlər zamanı istifadə olunan dəflərin hər növü birlikdə “tünqür” adlanırdı Сагалаев А.М. Мифология и верования алтайцев. Центрально – Азиатские влияния. Новосибирск. Наука. 1984. 121 стр. 19-cu səhifədə. Şamanların ayinlərdə dəflərə endirilən zərblərlə pis ruhları qovub xeyirxah ruhları çağırmalarına görə də “tünqür”lə “tenqeri-duudax” arasındakı ruh əlaqəsi aydınlaşır. Buradan həm də tırınqıların ilk dövrlərdə hansı məqsəd üçün düzülüb-qoşulmasını əsaslandırmaq mümkün olar. Bəzi türk ləhcələrində sazın öklənməsinə “dınqıllatmaq” (Ağbaba) deyirdilər. Ağbaba-Şörəyel¬də “söyləməzlər” (Oxçoğlu) tayfası, musiqili yığıncaqlar qurmalarına görə, “dınqıra çalanlar” adlanırdı. Əgər şaman “tünqür”lə (dəflə, təbillə) ya pis ruhları qovur, ya da xeyirxah ruhları çağırırdısa, ozan-aşıq, muğamatçı da qopuz – sazla, tar – dəflə uyğun məqsəd güdürdü.

Təsnifatı

Ağbaba aşıq mühitinin inkişafında el şairlərinin yetişməsində tırınqıların əhəmiyyəti az deyildir. Ağbabalı İskəndər tırınqı ifaçılarını iki yerə ayırırdı: Tırınqı oxuyanlar və tırınqı deyənlər. Tırınqı ustası olmaqdan ötrü hər bir adamda Tanrı payı olan sinədəftərlik, bir də gözəl səsolmalı idi. Bunlar bir yerdə olanda tırınqı ustası olmaq asandı. Ağbabalı aşıq İskəndər. Ayırdılar Ağbabadan (tərtib edən T.Səmimi).Bakı,Ozan,1998,184s

Tədqiqatçı alim Tacir Qurbanov (Səmimi) yazır ki, tırınqı məclislərində həmişə ağsaqqallardan ibarət münsiflər heyəti olurdu. Onlar tırınqı oxuyanların səsinə, saz havaları üstündə sözləri düzgün oxumaqlarına və tırınqıların sözlərinin orijinallığına xüsusi fikir verirdilər. Münsiflər heyəti qabiliyyətli adamlardan tırınqı oxuyanlar və tırınqı deyənləri (tırınqı ustalarını) seçər və onlara məclis və yığıncaqlar keçirməyə icazə verərdilərSəmimi T.Trınqılar şifahi xalq ədəbiyyatının janrı kimi."Dədə Qorqud" jurnalı I.Bakı,Nurlan,2005,s.83-87..

Tırınqı deyənlərin bədahətən söz demək qabiliyyəti yoxdur. Onlar ancaq gözəl səslə saz havaları üstə tırınqı oxumağı bacarır, güclü yaddaşları, şirin danışıqları ilə adamlarda xoş əhval ruhiyyə oyadırdılar Bayramov A. Oğuz elindən - ozan dilindən. Bakı, Elm, 2000, 250s.. Tırınqıların mətnlərinin məzmunu əsasən el-oba həsrəti, ayrılıq motivlərindən ibarət olduğu üçün onların musiqi dili minor tonallığı üstündə və ya "Segah" ladı əsasında qurulan musiqi fikirlərindən ibarətdir. Tırınqıların ifasını aşıq havalarından fərqləndirən cəhətlərdən biri onların ikincilər kimi kütləvi formada yayılmaması olmuşdur. Tırınqılar qeyri-peşəkar ifaçılar tərəfindən ifa edildiyi üçün regional çərçivədən kənara çıxmamış və həmin mühitin folklor musiqi janrı kimi xüsusi və fərdi əhəmiyyət kəsb etmişdir. Tırınqıların melodik dili ənənəvi aşıq musiqi üslubuna, intonasiyalarına xas formalarda təzahür edir. Bu da təsadüfi deyil. Çünki hər iki janr eyni mühitdə, eyni sosial şəraitdə və eyni folklor musiqi intonasiyaları, lad məkanı əsasında yaradılmışdır.Tırınqıların musiqi formasının bəzən klassik musiqi formalarına uyğun gəlməsi, bəzən də onlardan fərqlənməsi əsasən milli musiqi təfəkkür tərzindən və melodiyanın yaradılmasında ahəng qanunauyğunluğunun, milli lad-intonasiya xüsusiyyətlərinin özünü göstərməsindən irəli gəlir. Eyni zamanda bu proses tırınqıların mətni ilə bağlı olduğu üçün özünü daha çox milli musiqi ənənəsinin və poetik formanın təzahüründə tapır. Tırınqıların melodik dilinin lad-intonasiya çeşidləri aşıq havalarında olduğu kimi, əsasən "Segah", "Şur" muğamları üstündədir. Bu faktın özü də sübut edir ki, sadə xalq arasında adları çəkilən muğamların lad-intonasiyaları məişət havaları arasında geniş yayılmış və insanın həsrət, məhəbbətnduyğularını, vətənə bağlılıq hisslərini ifadə edən əsas səciyyəvi cəhətdir.

İstinadlar

Ədəbiyyat Qərbi Azərbaycan folklorunda məişət və mövsüm-mərasim mahnıları // «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər», XXVII, Bakı: Nurlan, 2008, s.159-165. Qərbi Azərbaycan folklorunda məişət, toy ənənələrində musiqidən istifadə formaları // «Dədə Qorqud» Elmi-ədəbi toplu. I.Bakı: Nurlan, 2009, s. 141-149. İsgəndər T. Türk epik ənənəsi və “Qeser” Dastanı. Bakı-2025 Роль древнего образца музыкального фольклора «Тырынги» в формировании ашугских напевов // «Фольклор в контексте культуры». Материалы Всероссийской научной конференции. Махачкала, 2009, с.25-26. Səmimi T. Üç müdrük. Bakı-2022. 268 səh. Qərbi Azərbaycan folklorunun XVIII-XIX əsrlərinə aid lirik xalq mahnıları // «Qobustan» jurnalı. Sənət toplusu. 2-2010, s. Метроритмический построения Тырынгы и Нанаев // «Поиск» научный журнал Министерства Образования и Науки Республики