Akyurd — Ankara əyalətində rayon. Əvvəlki adı Ravlı olub və 1961-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən Akyurd olaraq dəyişdirilib.İçişleri Bakanlığı 5442–2/C 1961
Rayon şimaldan Çubuk, şərqdən Kalecik, qərbdən Pursaklar və cənub-şərqdən Elmadağ rayonları ilə həmsərhəddir. Rayon mərkəzi Çankırı, Kastamonu və Sinopu Ankara ilə birləşdirən dövlət avtomobil yolu üzərində yerləşir və paytaxtdan 32 km məsafədədir. Əvvəllər Çubuk rayonunun tərkibində olan bələdiyyə, 9 may 1990-cı il tarixli 3644 saylı "130 rayon" Qanunun qəbul edilməsi ilə rayon statusu qazanmışdır. Qanuna əsasən, Çubukdan 16 kənd və Kalecikdən 4 kənd daxil olmaqla, Akyurt rayon mərkəzi olmaqla yaradılıb.
Akyurdun sahəsi 369 km²-dir. Rayon dəniz səviyyəsindən 1035 metr yüksəklikdə yerləşir. Rayonun şimalında, Kalecikə birləşən yolun üzərində Təkəbeli dağı (1250 m), cənubda Hüseyn Qazi təpəsi (1415 metr) və şərqdə İdris dağı (1985 m) yerləşir.
Əhali İlToplamŞəhərKənd199012.5353.5339.002200018.9078.06910.838200723.35422.639715200824.98624.312674200925.40124.741660201026.00625.353653201126.78026.138642201227.20126.572629201328.34928.349201429.40329.403201530.24530.245201631.54131.541201732.86332.863201834.58834.588201936.12336.123202037.45637.456202138.58838.588202240.62540.625202343.91843.918202444.54144.541 Qeyd: 2004-cü ildə bəzi kəndlərə məhəllə statusu verildi ki, bu da şəhər əhalisinin artmasına və kənd əhalisinin azalmasına səbəb oldu. Bundan əlavə, 2013-cü il Böyükşəhər Bələdiyyəsi Qanununa əsasən bütün kəndlərə məhəllə statusu verildiyindən kənd əhalisi cədvələ daxil edilməyib.
Məhəllələr Akyurdun 26 məhəlləsindən altısı şəhər mərkəzində yerləşir. Bu mərkəzi məhəllələrdə 24.600 nəfər (74,9%) yaşayır. Ən ucqar məhəllə 25 km məsafədə yerləşən Elecikdir. Mərkəzi məhəllələrdən kənarda ən çox əhalisi olan məhəllə 1.312 nəfərlə Saracalardır. Akyurdun əhalisi 2017-ci ildə 4,19% artıb.
Əhmədadil Atatürk Balıqhisar Bəyazid Bozca Büğdüz Cücük Çam Çardaqbağı Çinar Doğanoluq Elecik Qələbə Gözəlhisar Heydər Qaracaqaya Qaracalar Qarayataq Qızık Qozayağı Samut Saracalar Şeyxlər Teberik Timurxan Uzunlar Yaşıltəpə Yıldırım
İdarə etmə +Seçki iliAd və SoyadPartiya1994Fədai YağcıAna Vətən Partiyası19992004Gültəkin AyandaşƏdalət və İnkişaf Partiyası200920142019Hilal Ayıq2024
İstinadlar