Sarıköynək — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Sarıköynək kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimikası Kəndin keçmiş adı Əliyli (Əlikli) olmuşdur. Yaşayış məntəqəsi Şəmkir rayonundan köçmüş ayıblı və mirismayıllı, Kəlbəcər rayonundan gəlmiş zalılar (zallar) adlı nəsillərə mənsub ailələr tərəfindən Əlikli təpəsinin (Şehtəpəsi də adlanır) yaxınlığında salınmışdır. Yerli məlumata görə, kəndə Sarıköynək adını xalq sənətkarı Aşıq Ələsgər vermiş, sonralar bu ad rəsmiləşdirilmişdir. Sarıköynək sarı rəngli quşun adıdır.

Coğrafiyası və iqlimi Kənd orta dağlıq ərazidə yerləşir.

Əhalisi 2009-cu il]]in siyahıyaalınmasına əsasən kənddə 441 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri