Sudzumi (Yaponca:鼓) — Yaponiyamənşəli zərb musiqi aləti. O, baraban ailəsinə daxildir. Çin və Hindistan mənşəli Yapon təbil aləti olan bu alət, şim-daiko (締め太鼓) kordonlu təbil ailəsinə aiddir. Gövdəsi iki başlı qum saatı formasındadır və bir başdan digərinə halqadan bir kordon (調緒 şirabeo) keçirilir ki, bu da təbilin gərginliyini tənzimləməyə imkan verir. Alətin gövdəsi adətən albalı ağacından hazırlanır və laklanır, başlar isə at dərisindən hazırlanır. Musiqiçi ifa zamanı kordon gərginliyini tənzimləməklə səsin tonunu dəyişə bilər.

Sudzumi noh və kabuki teatrlarında, eləcə də min'yo (民謡) xalq mahnılarında musiqini müşayiət etmək üçün istifadə olunur. Nohda kiçik və böyük sudzumilər daha böyük bir baraban və fleyta ilə birlikdə hayaşi orkestrinin bir hissəsidir. Kabuki adətən ən azı bir otsuzumi və dördə qədər kotsuzumi istifadə edir, sonuncu isə tez-tez şamisen üçün ritm təmin edir. İstinadlar

Ədəbiyyat Yokoyama, A (2010). "Glass gives new sheen to traditional Japanese music", Reuters, Retrieved on 2010-01-26

Xarici keçidlər

Japanese Traditional Music Tsuzumi Video

Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Yaponiya musiqi alətləri